Romanın qəhrəmanı, Rİkin oğlu, Tomun atası, İngiltərə Təhlükəsizlik xidmətinin uğurlu məmuru Maqnus Piyem kimdir? Onun təhsilinə kimlər xüsusi nəzarət edirdi? O kimin adamıdır? Maqnusun qəfilsən yoxa çıxmağı təkcə onun dostlarını və həyat yoldaşını nigarançılığa salmamışdı, düşmənləri də xeyli narahat idi.Dövlət sirri təhlükə altındadır. Piyem haqqında həqiqətlər tədricən ortaya çıxır. Oxucu roman boyu məşəqqətli mübarizənin nəticəsində Maqnus Piyemin mükəmməl bir xəfiyyəyə çevrildiyinin şahidi olur.