Spartak bu mübarizənin ilk dəqiqəsindən son dəqiqəsinə kimi qəhrəman kimi vuruşmuş, qəhrəman kimi də ölmüşdü.
Bu fövqəladə insanın həyatı belə tamama yetdi. Onun şəxsiyyətində yüksək, böyük əql, xariqüladə igidlik, yenilməz mərdlik, dərin zəka təcəssüm edirdi. Ən məşhur sərkərdələrdən biri olması üçün ona bu keyfiyyətlər lazım idi, elə sərkərdə ki, tarix onun gördüyü işləri gələcək nəsillərə söyləyə bilərdi.