Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sərbəst İnsanlar Ölkəsində

Ahmet Ağaoğlu

Sərbəst İnsanlar Ölkəsində Sözleri ve Alıntıları

Sərbəst İnsanlar Ölkəsində sözleri ve alıntılarını, Sərbəst İnsanlar Ölkəsində kitap alıntılarını, Sərbəst İnsanlar Ölkəsində en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Fransa alimləri, fransız müdrikləri Əhməd bəyin hazırlıqlığını, biliyini görərək ona Parisdə qalmağı təklif etdilər. O zaman olduqca məşhur olan Ernst Renan Əhməd bəyə üz tutub söyləmişdi: - Sən dünya miqyasında alim olacaq səviyyədə bir insansan, məmləkətinə getmə, Şərq səni udar. Əhməd bəy isə cavabında demişdi ki: - Şərqin də oxumuş insanlara ehtiyacı var, sizdən öyrəndiklərimi məmləkətimdəki vətəndaşlarıma öyrədəcəyəm. (Ön sözdən)
Reklam
~• Amma bunun tam tərsinə olaraq, məharətlə söylənmiş bir yalanı ağıl nümunəsi sayan və ya yalançılıqla qazanılmış bir uğuru bəyənib alqışlayan və yalançı olduqlarını bildiyi insanlara hörmət-izzət göstərən toplum yalançılıq azarının bütün acılarına və bütün qorxunc sonuclarına boyun əymək məcburiyyətində qalır. O cəmiyyətdə heç kəs heç kimə inanmaz, özünə arxa saymaz. Buna görə də birgə fəaliyyətdən və birgə təşəbbüsdən söz belə getməz. Nəticədə inkişaf və yüksəlişin bütün yolları kəsilər və yavaş-yavaş soysuzlaşma gedər, olub-qalan yaxşı keyfiyyətlər də itirilər, heçliyə sürüklənmə başlar!
Ah, bu necə ölkədir?! Sərbəst olmaq nə qədər çətin bir iş imiş!.. Görəsən, alışa biləcəyəmmi? Görəsən, azad ola biləcəyəmmi? Əvvəlcə bu iş necə asan gəlirdi! Sən demə, əsl çətinliklər sonra olacaqmış. İnsan ruhu tarixin elə izlərini yaşadır ki, adamı da məhz onlar əsirə çevirir. İndi bu izləri bircə-bircə silib-itirmək gərəkdir. Yalan söyləməmək, yalnız öz xeyrini güdməmək, qoçaq olmaq, haqqı qorumaq, qorxmamaq, doğru danışmaq... Nə ağır şərtlərdir! Vəzifə və güc sahibi olan şəxsin yanında necə qorxmayasan, necə doğru danışasan, nə cür yaltaqlıq etməyəsən axı. Həmin şəxsi görən kimi, adam öz ödünü udur, başı əsir, boynu öz-özünə əyilir və dili başlayır tərif yağdırmağa!..Heç yadımdan çıxmaz: bir tanışım vardı. Telefonla danışdığı zaman deyərdin, nazir onun yanındadır - rəngi qaçar, pencəyinin düymələrini bağlamağa başlar, sağ əlini, aşağı salar və üzünə gülümsər bir ifadə verərək əlaqəsiz sözlər kəkələyərdi: "Bəli, ağa! Sizin kimi böyüyün sayəsində... Günah kiçiklərdən, əfv böyüklərdən"... Sonra telefonu hiddətlə yerə atar, kürsüyə yayılar və nəfəs alaraq deyərdi: "Ah! Az qala öləcəkdim! Bu nə qəzəb, nə hiddət?! Dünən şəxsən onun özünə yazılı məlumat vermişdim. Həmin məlumatda onun tabeliyində olanların pis əməllərindən bəhs etmişdim. Yaman qəzəbləndi. Çox qəzəbləndi! Ancaq qədrimi bilsin, yatırdım hirsini! Oh, nə yatırdım!".Həmin tanışımızı o vaxt dolayardıq. Amma gerçəyə qalınca hamımız onun kimiydik. İndi iliyimizəcən işləmiş bu bəlaları necə qoparıb atacağıq?
Sərbəst olmaq nə qədər çətin bir iş imiş! Əvvəlcə bu iş necə asan gəlirdi! Sən demə, əsl çətinliklər sonra olacaqmış. İnsan ruhu tarixin elə izlərini yaşadır ki, adamı da məhz onlar əsirə çevirir. İndi bu izləri bircə-bircə silib-itirmək gərəkdir. Yalan söyləməmək, yalnız öz xeyrini güdməmək, qoçaq olmaq, haqqı qorumaq, qorxmamaq, doğru danışmaq... Nə ağır şərtlərdir!
Şərq və Qərb
Bütün qədimliyinə, mədəniyyətlərin beşiyi olmasına baxmayaraq, Şərq aləmi millət anlayışına yabançı qalıb. Bu aləmdə də ortaq tarix, ortaq çıxarlar, ortaq irq amilləri olub.Ancaq millət deyilən anlayış yaranmayıb. Niyə? Yəni Şərqdə təfəkkür və ədəbiyyat olmayıb? Xeyr, o da olub. Ancaq mahiyyətcə qərbinkindən tam fərqlənib. Şərq ədəbiyyatı içində olduğu mühitə, insan və təbiət mühitinə yabançı qalıb. Daim göylərdə, boşluqlarda dolaşıb. Şərq ədəbiyyatı tək bir şəxsin ifadəsi olduğundan, insanlıq və təbiətlə dil tapmağı aşılamayıb. Təbiəti insana, insanı insana sevdirməyib. Bunları bir-birinə yaxınlaşdırmayıb. Təbiətlə insan arasındakı və insanların öz arasındakı yadlaşmanı,biganəliyi aradan qaldırmağa, mənəvi baxımdan bütövləşdirməyə çalışmayıb. Bax, bu üzdən təfəkkür və ədəbiyyatın bu yola yönəldiyi gündən Şərqdə də milliyyət cərəyanı başlayır!
Reklam
Mən bir əsir idim; azad olmaq istədim. Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq dərindən nəfəs aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Çaşqın-çaşqın bir neçə addım atdım. Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram: Sol tərəfə gedən yol Azadlıq yoludur. Sağ tərəfə gedən yol köləlik yoludur.
~~~ “İnsanlar qorxaq doğulmazlar. Onları qorxağa çevirən bizlərik. Ailə və məktəbdə verdiyimiz tərbiyə, hökümətdə istifadə etdiyimiz üsullardır vətəndaşı qorxağa çevirən.”
Gənc nəsil uğur yolunu axtararkən, bilik və ləyaqət örnəyi görmədiyindən, elmə, texnikaya, ciddiliyə, çalışqanlığa, doğruluğa qiymət verə bilmir və tanışlıqla iş aşırmağa, öz xeyri üçün ona-buna yarınmağa, kələkbazlığa, hiylə və yalana meyl salır.
Sayfa 32
Azadlıq nədir? Sərbəst düşünmək və düşündüyünü sərbəst və səmimi söyləmək deyilmi?
439 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.