Sərbəst İnsanlar Ölkəsində

Ahmet Ağaoğlu

Sayfa Sayısına Göre Sərbəst İnsanlar Ölkəsində Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Sərbəst İnsanlar Ölkəsində sözleri ve alıntılarını, sayfa sayısına göre Sərbəst İnsanlar Ölkəsində kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Onu da bilmirik ki, azadlıq məsələləri səni düşündürür, ya yox, asılı olmaqdan bezmisən, ya yox, kölə olmaq sənin üçün vacibdir, ya yox? Axı köləyə nə azadlıq, nə sərbəstlik, nə düşüncə, nə kitab?
Sayfa 5 - (Rəhman Bədəlov) "Tutu" nəşriyyatı. Bakı, 2001.
Əhməd bəy bu kitabı 1930-cu ildə Türkiyədə yazıb. Elə bil anlayıb ki, 50; 60; 70 il keçəndən sonra da bu kitab Azərbaycanda əhəmiyyətini itirməyəcək. Axı bir qismimiz, Əhməd bəy demişkən, hələ "iç zəncirləri"mizlə yaşayırıq, nə sərbəst olmaq haqqında düşünürük, nə də köləliyimizi lənətləyirik. O biri qismimiz azad olmağa can atsa da, ya qorxur, ya qətiyyətsizlik göstərir, ya da sadəcə olaraq, sərbəstlik haqqında, "sərbəst ölkə" haqqında məlumata ehtiyac duyur. Bax, əsasən, bunlara, köləlikdən yaxa qurtarmaq istəyənlərə, heç kəsdən qorxmaq istəməyənlərə, beli dik yaşamaq istəyənlərə müraciət edir, sözünü deyir Əhməd bəy.
Sayfa 6 - "Tutu"nəşriyyatı. Bakı, 2001.
Reklam
"Axı insan, yaxud xalq, nadan oldusa, deməli aciz olacaq,aciz oldusa, deməli kölə olacaq, kölə oldusa, deməli, istibdad(tiraniya) hökm sürəcək, deməli, insanlar dolğun, faydalı həyatdan kənarlaşacaq, deməli, inkişaf olmayacaq, xalq, millət başqa xalqlardan, millətlərdən geri qalacaq, kasıblığa, dilənçiliyə məhkum olacaq. "
Sayfa 15
Şəxsi hakimiyyət zamanı xalq - tək şəxsin şıltaq və həvəsinə tabe olduğundan, milyonlarca insanın bu şıltaqlıq və həvəsə itaət etməsi üçün yeganə çarə xalqı qorxutmaq və xof içində saxlamaqdır. Bax, buna görə də, istibdad, tərbiyə və təlimdən başlayaraq, idarə üsullarınadək, hər şeydə qorxu aşılamağa söykənir.
Sayfa 15 - "Tutu" nəşriyyatı. Bakı, 2001.
- Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı? - deyə soruşdular.
Sayfa 17
Yəqin bağçada çalışarkən bir ağacın, bir gül və ya çiçəyin tutub yetişməsi üçün onların təbiətindən doğan şərtlərlə hesablaşmaq lazım gəldiyini bilmisiniz. Azadlıq da o ağac, o gül, o çiçək kimidir. Onun da tutması və yetişməsi üçün təbiətindən doğan şərtlər ödənməlidir.
Sayfa 22
Reklam
332 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.