Sərbəst İnsanlar Ölkəsində

Ahmet Ağaoğlu

En Beğenilen Sərbəst İnsanlar Ölkəsində Gönderileri

En Beğenilen Sərbəst İnsanlar Ölkəsində kitaplarını, en beğenilen Sərbəst İnsanlar Ölkəsində sözleri ve alıntılarını, en beğenilen Sərbəst İnsanlar Ölkəsində yazarlarını, en beğenilen Sərbəst İnsanlar Ölkəsində yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
144 syf.
·
Puan vermedi
·
Beğendi
·
18 saatte okudu
Azadlıq Mələyinə vurulmuşam!!!
Əhməd bəy Ağaoğlunun bir ictimai xadim kimi Azərbaycan tarixində yeri əvəzolunmazdır. Azad düşüncəli, vətənvərpər şəxsiyyət , yazıçı, Paris Universitetinin Hüquq fakültəsinin  tələbəsi olan Ağaoğlunun bu kimi uğurlarını kənara qoyub bir amilin adını çəksəm bu belə onun tariximizə,millətimizin qəlb yaddaşına qızıl hərflə yazılmasına səbəb olar.  
Sərbəst İnsanlar Ölkəsində
Sərbəst İnsanlar ÖlkəsindəAhmet Ağaoğlu · Tutu Nəşriyyatı · 2001148 okunma
Reklam
Ah, bu necə ölkədir?! Sərbəst olmaq nə qədər çətin bir iş imiş!.. Görəsən, alışa biləcəyəmmi? Görəsən, azad ola biləcəyəmmi? Əvvəlcə bu iş necə asan gəlirdi! Sən demə, əsl çətinliklər sonra olacaqmış. İnsan ruhu tarixin elə izlərini yaşadır ki, adamı da məhz onlar əsirə çevirir. İndi bu izləri bircə-bircə silib-itirmək gərəkdir. Yalan söyləməmək, yalnız öz xeyrini güdməmək, qoçaq olmaq, haqqı qorumaq, qorxmamaq, doğru danışmaq... Nə ağır şərtlərdir! Vəzifə və güc sahibi olan şəxsin yanında necə qorxmayasan, necə doğru danışasan, nə cür yaltaqlıq etməyəsən axı. Həmin şəxsi görən kimi, adam öz ödünü udur, başı əsir, boynu öz-özünə əyilir və dili başlayır tərif yağdırmağa!..Heç yadımdan çıxmaz: bir tanışım vardı. Telefonla danışdığı zaman deyərdin, nazir onun yanındadır - rəngi qaçar, pencəyinin düymələrini bağlamağa başlar, sağ əlini, aşağı salar və üzünə gülümsər bir ifadə verərək əlaqəsiz sözlər kəkələyərdi: "Bəli, ağa! Sizin kimi böyüyün sayəsində... Günah kiçiklərdən, əfv böyüklərdən"... Sonra telefonu hiddətlə yerə atar, kürsüyə yayılar və nəfəs alaraq deyərdi: "Ah! Az qala öləcəkdim! Bu nə qəzəb, nə hiddət?! Dünən şəxsən onun özünə yazılı məlumat vermişdim. Həmin məlumatda onun tabeliyində olanların pis əməllərindən bəhs etmişdim. Yaman qəzəbləndi. Çox qəzəbləndi! Ancaq qədrimi bilsin, yatırdım hirsini! Oh, nə yatırdım!".Həmin tanışımızı o vaxt dolayardıq. Amma gerçəyə qalınca hamımız onun kimiydik. İndi iliyimizəcən işləmiş bu bəlaları necə qoparıb atacağıq?
Şərq və Qərb
Bütün qədimliyinə, mədəniyyətlərin beşiyi olmasına baxmayaraq, Şərq aləmi millət anlayışına yabançı qalıb. Bu aləmdə də ortaq tarix, ortaq çıxarlar, ortaq irq amilləri olub.Ancaq millət deyilən anlayış yaranmayıb. Niyə? Yəni Şərqdə təfəkkür və ədəbiyyat olmayıb? Xeyr, o da olub. Ancaq mahiyyətcə qərbinkindən tam fərqlənib. Şərq ədəbiyyatı içində olduğu mühitə, insan və təbiət mühitinə yabançı qalıb. Daim göylərdə, boşluqlarda dolaşıb. Şərq ədəbiyyatı tək bir şəxsin ifadəsi olduğundan, insanlıq və təbiətlə dil tapmağı aşılamayıb. Təbiəti insana, insanı insana sevdirməyib. Bunları bir-birinə yaxınlaşdırmayıb. Təbiətlə insan arasındakı və insanların öz arasındakı yadlaşmanı,biganəliyi aradan qaldırmağa, mənəvi baxımdan bütövləşdirməyə çalışmayıb. Bax, bu üzdən təfəkkür və ədəbiyyatın bu yola yönəldiyi gündən Şərqdə də milliyyət cərəyanı başlayır!
Gənc nəsil uğur yolunu axtararkən, bilik və ləyaqət örnəyi görmədiyindən, elmə, texnikaya, ciddiliyə, çalışqanlığa, doğruluğa qiymət verə bilmir və tanışlıqla iş aşırmağa, öz xeyri üçün ona-buna yarınmağa, kələkbazlığa, hiylə və yalana meyl salır.
Sayfa 32
144 syf.
8/10 puan verdi
·
Beğendi
Öz dünyamızdan çıxıb yalnız azad yaşamaq həvəsi ilə yola düşən bir gəncdən bəhs edən bu kitabda,gənc gəldiyi ölkənin qayda-qanunlarına öyrəşməyə çalışır.Görəsən bunu bacarırmı ??? Xoş mütaliələr...
Sərbəst İnsanlar Ölkəsində
Sərbəst İnsanlar ÖlkəsindəAhmet Ağaoğlu · Tutu Nəşriyyatı · 2001148 okunma
Reklam
452 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.