Sərbəst İnsanlar Ölkəsində

Ahmet Ağaoğlu

Sərbəst İnsanlar Ölkəsində Gönderileri

Sərbəst İnsanlar Ölkəsində kitaplarını, Sərbəst İnsanlar Ölkəsində sözleri ve alıntılarını, Sərbəst İnsanlar Ölkəsində yazarlarını, Sərbəst İnsanlar Ölkəsində yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
- İnsan olan kəs necə ola bilər ki, heç yalan söyləməsin? - Azad insan yalan söyləməz. Yalan zəiflərin, zəlillərin, qorxaqların işidir. Axı azad ola bilməkdən ötrü güclü, qoçaq, inadlı olmalısan. Yalan həqiqəti gizlətmək və üzə çıxarmağa qoymamaq üçün bir vasitədir.
"Şərqdə fərdlər hüquqlara qarşı duyğusuz, biganədirlər; bu gün birinin, sabah başqa birinin haqqı tapdalanır. Kimsə bundan üzülmür, heç kim hüquqların müdafiəsinə qalxmır. Getdikcə hamı eyni vəziyyətə düşür. Axırda, hüquq anlayışı yox olur və cəmiyyət cansız, hərəkətsiz bir oyuncaq kimi hara gəldi atılır. Qərbdə isə bunun tam tərsidir. Kiminsə haqqı tapdanan zaman, digər vətəndaşlar buna qarşı çıxaraq ədaləti bərpa edir, hüquq pozucuları öz cəzasını alanacan mübarizələrinə ara vermirlər."
Sayfa 120 - Kitab klubu
Reklam
"İstibdadın amacı kölə yetirməkdir. Dəbdəbə, bədxərclik və pozğunluq məhz kölə yetirmək vasitələridir."
Sayfa 118 - Kitab klubu
"Cəza elə yerinə yetirilməlidir ki, suçlu vətəndaşın ləyaqətinə toxunulmasın."
Sayfa 78 - Kitab klubu
"İnsanlar qorxaq doğulmazlar. Onları qorxağa çevirən bizlərik. Ailə və məktəbdə verdiyimiz tərbiyə, hökumətdə istifadə etdiyimiz üsullardır vətəndaşı qorxağa çevirən. Uşağa cinlərdən, pərilərdən, süpürgəsaqqallardan, divlərdən, ruhlardan söz açıb qorxutmaq istəyirsinizsə, həmin uşağın ruhuna ta beşikdən qorxaqlıq toxumunu əkmiş olacaqsınız!"
Sayfa 62 - Kitab klubu
"Xalq dişindən-dırnağından kəsib, millət işinə sərf edilmək üçün verdiyi xeyli pulun etibarlı əllərdə olduğuna və səmərə verəcək bir tərzdə xərclənəcəyinə inanmalıdır!"
Sayfa 51 - Kitab klubu
Reklam
"Azad olmayan ölkələri tək bir şəxs idarə edir. Hökmdar deyilən bu adamın iradəsi hakimdir. Hamı ona baş əyməyə borcludur. Belə ölkələrdə vətəndaşların dolanışıq və səadətindən çox, həmin şəxsin şıltaqlarının yerinə yetirilməsinə diqqət yetirilir. Buna görə də o adam, səlahiyyəti, yetkisi oldu–olmadı, istədiyi şəxsi işə götürə, yaxud işdən azad edə bilər. Belə yerlər işbilməzlər üçün daha sərfəlidir. Axı səriştəyə yox, özünü hakim şəxsə bəyəndirə bilmək keyfiyyətinə dəyər verilir. Ara qızışdırmaq, öz xeyrini güdərək ona–buna yarınmaq, gözə girmək, hiylə və yalan həmin keyfiyyətin tərkib hissələridir. Beləcə, təkcə ölkənin işləri səriştəsizlərin əlində qalmır, həm də hamının əxlaqı pozulur. Gənc nəsil uğur yolunu axtararkən, bilik və ləyaqət örnəyi görmədiyindən, elmə, texnikaya, ciddiliyə, çalışqanlığa, doğruçuluğa qiymət verə bilmir və tanışlıqla iş aşmağa, öz xeyri üçün ona–buna yanmağa, kələkbazlığa, hiylə və yalana meyl salır. İstər adamlar, istərsə dövlət get–gedə alçalır və axırda tamam pozulur. İstibdadın idarə etdiyi bütün ölkələrin sonu bu deyilmi? Belə yerlərdə ölkəni uçuruma aparan amil əslində istibdadın özü yox, istibdad quruluşunun işıqlı adamları mənən əzib korlamasıdır."
Sayfa 50 - Kitab klubu
"İstibdadın istifadə etdiyi ən təsirli vasitə çuğulçuluqdur."
Sayfa 40 - Kitab klubu
"Yaltaqlıq kölələrin, əsirlərin işidir, ruhun alçaqlığına, zəlil və miskin olduğuna dəlildir. Yaltaq adamda şərəf və sayqı–sevgi olmaz. Bu cür adam söz dediyi insanı da pozar, onda qürur, təkəbbür, həqiqətə, haqqa dözümsüzlük kimi pis sifətlərin oyanmasına səbəb olar."
Sayfa 36 - Kitab klubu
Geri145
460 öğeden 451 ile 460 arasındakiler gösteriliyor.