Sərbəst İnsanlar Ölkəsində

Ahmet Ağaoğlu

Sərbəst İnsanlar Ölkəsində Quotes

You can find Sərbəst İnsanlar Ölkəsində quotes, Sərbəst İnsanlar Ölkəsində book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Azad olmaq asan deyil. Köləlik daha asandır. Kölə özünü başqasının iradəsinə tapşırar, bununla da iş bitər. Azad adam isə, əksinə, başqasını düşünməklə üstünə yük götürər.
Həqiqət gizlədilən yerdə yalançı inanclar hakim olur. Yalançı inanclar hakim olduğu yerdə xeyir-bərəkət qalmaz.
Reklam
Ürəkdən sevdiyiniz bir adamın, tutalım, oğlunuzun, qardaşınızın, əziz bir dostunuzun çatışmazlıqlarını söyləməyi, yalnışlıqlarını düzəltmələri üçün öyüd verməyi özünüzə borc bilməzsiniz yəni?
- Azad yaşamağın nə qədər çətin olduğunu bilirsinizmi? - Bəli, bilirəm. Qərarım da qətidir.
Könlütoxluq və sadəlik yüksək ruhlara məxsus sifətdir. Lovğalıq və təkəbbür bəsit ruhun dəlilidir.
Əsilli-nəsilli soyum, nəcib elim, təmiz qanım var. Əvvəllər yurdum Orta Asiyanın yüksək yaylaları idi. Sonra qaynar qanımız güc gəldi, babalarım Şərqə, Qərbə, Şimala və Cənuba doğru yayıldılar. Məmləkətlər basdılar, dövlətlər qurdular, mədəniyyətlər doğurdular. Ulularımız əvvəl-əvvəl sadə yaşayar, el-elatla oturub-durar, qanuna baxar, doğruya və qurultaya tapınardılar. El ağaları, oba böyükləri, ölkə tərxanları haqqı qorumaqdan, doğrunu söyləməkdən, azğınlara hədlərini bildirməkdən və zorakılığa qarşı dayanmaqdan çəkinməzdilər. Nə qədər ki belə idi, elim qüvvətli və ellər arasında sayılan ellərdən idi. Ancaq sonralar qanımız qarışdı, kölə ellərin adətlərinə, mərasimlərinə qapıldıq, qurultaydan qaçdıq. Beləcə, qanun pozuldu, zorakılıq qələbə çaldı və bəy millətim qul oldu. O zamandan ocağımız söndü,adımız-sanımız batdı. Günün birində alçaq xaqanımız bizi yadellilərə satası oldu.
Reklam
447 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.