Əsərləri I.Cild

Hüseyn Cavid

Əsərləri I.Cild Quotes

You can find Əsərləri I.Cild quotes, Əsərləri I.Cild book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bu sisli, dəyərsiz həyat için hər kəs, Nə umsa cümlə hədər, həp birər çocuqca həvəs...
Ölüm var ki, həyat qadar dəyərli, Həyat var ki, ölümdən də zəhərli. Yaşamaq da xoşdur, ölmək də xoşdur, Qayəsiz həyatda ölüm də boşdur.
Hüseyn Cavid
Reklam
Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli. Yaşamaq da xoşdur, ölmək də xoşdur, Qayəsiz həyatda ölüm də boşdur.
Sən nəsin? Kimsin?
“Bən nəyim?” Kəndim də bilməm, vaz kеçin! Sən nəsin? Boş bir sual insan için.
Sayfa 80 - Lider Nəşriyyat - İşte Bir Divanədən Bir XatirəKitabı okudu
Dərdə bax, millətə bax, niyyətə bax! Ölülərdən ölülər fеyz alacaq!
Sayfa 17
İsyan!.. Keçmişlərə, keçmişdəki adətlərə isyan! Hər yüzdə təhəkküm izi vardı. İsyan!.. Mə'bədlərə, qalpaqlara, çarşaflara İsyan!..
Azər poemasıKitabı okudu
Reklam
Haq da, həqiqət də göz önündədir, Yer altında deyil, yer üstündədir...
Azər poemasıKitabı okudu
Sevinmə, gülmə, quzum , kimsənin fəlakətinə Bu hal, əvət , eyi bir şey deyil, sevinmə, saqın! Sevinmə başqasının hali-pürsəfalətinə, Toqunma qəlbinə bikəslərin, zavallıların. İnan ki, bir acı söz , bir baqış, bir incə gülüş Kədərli , sıtmalı bir qəlbi tırmalar, yaralar. O qəlb avunsa da, aldanma , incinib küsmüş, Sağalmaz iştə o, yıllar keçər də həp sızlar. Toqunma, ruhum! Əvət, kinlidir fələk, bir gün Qızar, həmən gücənib intiqam alır səndən. Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün ! Düşün də munis ol! İncitmə ,qırma kimsəyi sən!...
Göy, dəniz iştə bir-birindən uzaq, Eyliyor ayrı-ayrı cəlbi-məraq. Göydə bir bitməyən dərinlik var Ki, donar hər düşüncə heyrətdən. Uça bilsəydi bəlkə insanlar, Bir şey anlardı bəlkə qüdrətdən. Bu dərinlik, bu ölçüsüz boşluq Veriyor hissə, fikrə sərxoşluq. Bu dərinlikdə bir həqiqət var, Gizlidir gərçi kor beyinlər için; Lakin ülviyyətilə həp parlar, Bəllidir görmək istəyənlər için.
Hər qaranlıqda çırpınır bir nur, Hər həqiqətdə bir xəyal uyuyur.
187 öğeden 111 ile 120 arasındakiler gösteriliyor.