Dörd Cilddə

Əsərləri - I Cild

Celil Memmedguluzade

Əsərləri - I Cild Quotes

You can find Əsərləri - I Cild quotes, Əsərləri - I Cild book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir,amma söz qalır." Cəlil Məmmədquluzadə
Qarışdı aralıqlar, qopdu məhşər qiyaməti, Müsəlmanlar bir-birin qırdı, unudub qeyrəti, Hər gələn alim olub çapdı taladı milləti, Mən yuxuda ol zaman çəkirdim rahat ləzzəti, Burnuma tikanları uzatdılar, oyanmadım.
Reklam
Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir,amma söz qalır.
Sayfa 4
Kiçik amma dərin
Kişi yumuşaq əlləri ilə sabunlu canımı sığallamaqda idi ki, mən bundan soruşdum: -Adın nədi? -Kişi mənə cavab verdi: -Sarı -Pəs əsil adın nədi? - Kişi yenə qısaca cavab verdi: "Sarı" və su vedrəsini yenə apardı doldurdu, gətirdi tökdü üstümə və öz işinə məşğul oldu. Mən yenə üzümü kişiyə tutub dedim: -Qardaş, bəlkə sən zarafat eləyirsən, mən axı Sarı ad eşitməmişəm. Kişi bu dəfə yenə qəti cavab verdi ki, "Sarı”dı. Mən qalxdım, oturdum taxtın üstə və üzümü tutdum kisəçiyə: -Qardaş, mən hovuza girməyəcəyəm. Səndən mən yerdən-göyə kimi razı oldum. Amma and verirəm səni Həzrət Abbasa, bir məni başa sal görüm sənin adın nədi?Kişi mənə belə cavab verdi: - Nökərin Məşədi Əhməd. - Dedim: - Necə Məşədi Əhməd? Pəs sən deyirdin Sarı? - Xeyr, ağa, adım Məşədi Əhməddi.Mən elə bildim sən sabun soruşursan. Mən elə bildim, sənin xəyalına gəlir ki, bu torbanın içindəki ucuz paltar sabunudu. Xeyr, ağa, əsl sarı sabundu.Yoxsa siz tək ağaların canına mən ucuz sabun vurmaram. * hekayəni qısaldıb yazdım.
Ey Şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız, onda azadlığın qədrini bilərsiniz, onda xoşbəxtlik yolunu taparsınız, oxumazsanız qaranlıqda qalacaqsınız, oxumazsanız bədbəxt olacaqsınız, özünüz bədbəxt olmağınızdan savayı uşaqlarınızı da bədbəxt edəcəksiniz.
Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır.
Reklam
OYANMADIM
Qarışdı aralıqlar, qopdu məhşər qiyaməti, Müsəlmanlar bir-birin qırdı, unudub qeyrəti, Hər gələn alim olub çapdı taladı milləti, Mən yuxuda ol zaman çəkirdim rahat ləzzəti, Burnuma tikanları uzatdılar, oyanmadım.
Sayfa 624Kitabı okudu
Ölülər
Bu sözləri sizə deməkdə ele xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir şeyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mən dünyada heç bir şeyəm.
Sayfa 428Kitabı okudu
Ölülər
Şeyx Nəsrullah (İskəndərə). Cənabınız da bir mənsəb sahibisiniz ya yox? İskəndər. Xeyr, mən heç bir şeyə sahib deyiləm. Mənsəb sahibi bu ağalardır. ( Heydər ağanı və Əliqulu bəyi göstərir). Mən ancaq bu meyvələrin içində itburnu gülüyəm.
Sayfa 405Kitabı okudu
Qoy avam nə deyir-desin.Əksər ovqat yaxşıya deyir pis ,pisə deyir yaxşı.Hələ biraz gərək fəxr edək ki,avam bizim üstümüzə gülür.
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.