Xalq şairi Süleyman Rüstəm XX əsr Azərbaycan ədəbiyyatının ilk təməlini qoyan yazıçılar nəslin mənsubdur. Qüdrətli söz ustasının çoxcəhətli yaradıcılığı yeni səpkili milli poeziyanin təşəkkülü və inkişafı ilə bağlıdır. Artıq mənalı ömrü poetik salnaməyə çevrilən şair 60 ilə yaxın gənclik ehtirası ilə yazıb-yaratmışdır. Azərbaycan sovet şerinin yaranışı Süleyman Rüstəmin yeni sənət naminə əlinə qızıl qələm götürdüyü vaxtdan başlayır. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdən etibarən o, bütün
istedad və bacarığını xalqa, Ana Vətənə həsr etmiş, ədəbiyyatımızın mübariz bayraqdarı olmuşdur.
"Seçilmiş əsərləri"nin I cildində şairin poeziyasından nümunələr toplanmışdır. Döyünən təmiz qəlb çırpıntılarının aydın duyulduğu bu poetik parçaların lirik qəhrəmanı varlığa, təbiətə çox incə, həssas münasibət bəsləyən şəxsiyyətdir. Məhəbbət, vüsal, hicran dəmləri, təbiətin ilk növbədə coşqun çağları: bahar, Xəzər, Abşeron, Kalqın adət ənənələrindəki gözəlliklərə hörmət... bu lirik qəhrəmanın məzmununa bir genişlik gətirir. Bu qəhrəman dövrün poeziyasının səciyyəvi cəhətlərini özündə toplayan obrazdır.