Dörd Cilddə

Əsərləri - II Cild

Cafer Cabbarlı

Most Liked Əsərləri - II Cild Quotes

You can find Most Liked Əsərləri - II Cild quotes, most liked Əsərləri - II Cild book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan; Sevərək parçalayan, parçalayaraq sevən mi?
Solğun Çiçəklər
Sara, qorxulacaq bir şey yoxdur, mən səni sevirəm, sən məni. Mən sənsiz yaşaya bilmərəm, sən mənsiz. Kimsə bizi birbirindən ayıra bilməyəcək. Ayırdılar...
Reklam
Solğun Çiçəklər
Sənin xoşbəxtliyin mənim həyat və səadətim deməkdir.
Solğun Çiçəklər
Gül dövrəsini tikanlar bürüdüyü bir halda, bülbül ona yanaşa bilərmi?
Aydın.
Dünyada ən böyük bir səadət, arzu ilə vüsal arasındakı hicrdə imiş..
Solğun Çiçəklər
Qorxma, mən gecə-gündüz pərvanə kimi dövrənə fırlanıb, sənə gələcək bəlaları sinəm ilə qarşılaram.
Reklam
Yanılırsan, Oqtay! Pulsuz, peyğəmbər ol, yenə sözlərinin qiyməti olmaz.
Sayfa 255 - (Oqtay Eloğlu pyesindən)Kitabı okudu
“Solğun çiçəklər”
Vicdan! Vicdan! Pələngi-biaman! Vəhşiyi-canistan! Fəlakətlər təcəssüm edib nizələr kimi insanın gözünə batsa da, ildırımlar hiddətlənib insanın vicdanına hücum etsə də, səmalar tənəzzül edib bombalar kimi insanın başında gur-gur partlasa da, yaralı vicdanın xəfif iniltisi qədər insanı narahat etməzlər. Ah, vicdan!
-Kaş dеdiyin o şairanə hеyətə, o füsunkar gözəlliyə, uzaqdan-uzağa pərəstiş еdənlərdən biri də mən olaydım. -Nеçin? - Çünki həyat odur!.. Ümid... rəqabət... iztirab. Budur insanı yaşadan, yaşayışı sеvdirən, əyləndirən. Fəqət bu da olmadı. Mən sеvdim, o da sеvdi.
"Aydın" dramındanKitabı okudu
"Vəfalı Səriyyə." (1915)
Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! Əcaba, dünya üzündə bircə müsəlmanlardan ötrü yaranmışdın? Zalım! Napak! Bunlar hamı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısı unudulmuş!!! Bunlar hamı sənin təsirindir ki, ədl, ədalət, Quran, kitab, şəriət, hamısı yaddan çıxmış!!!
Sayfa 12
52 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.