Dörd Cilddə

Əsərləri - II Cild

Cafer Cabbarlı

Əsərləri - II Cild Gönderileri

Əsərləri - II Cild kitaplarını, Əsərləri - II Cild sözleri ve alıntılarını, Əsərləri - II Cild yazarlarını, Əsərləri - II Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
“Solğun çiçəklər”
Vicdan! Vicdan! Pələngi-biaman! Vəhşiyi-canistan! Fəlakətlər təcəssüm edib nizələr kimi insanın gözünə batsa da, ildırımlar hiddətlənib insanın vicdanına hücum etsə də, səmalar tənəzzül edib bombalar kimi insanın başında gur-gur partlasa da, yaralı vicdanın xəfif iniltisi qədər insanı narahat etməzlər. Ah, vicdan!
"Vəfalı Səriyyə." (1915)
Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! Əcaba, dünya üzündə bircə müsəlmanlardan ötrü yaranmışdın? Zalım! Napak! Bunlar hamı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısı unudulmuş!!! Bunlar hamı sənin təsirindir ki, ədl, ədalət, Quran, kitab, şəriət, hamısı yaddan çıxmış!!!
Sayfa 12
Reklam
360 syf.
3/10 puan verdi
·
7 günde okudu
İkinci cildə “Vəfalı Səriyyə”, “Solğun Çiçəklər”, “Nəsrəddin Şah”, “Ulduz”, “Ədirnə Fəthi”, “Aydın”, “Oqtay Eloğlu”, “Od Gəlini” pyesləri daxildir. "Vəfalı Səriyyə" Qıza özünün alınıb-satılan malı kimi baxan, onun bir əşya kimi heç bir hissinin olmadığını düşünən ailə böyükləri, pulu görüb dini unudan "din adamları", siğə kimi dinin adına ləkə kimi yaxılmış molla uydurması əməllərə ən böyük savab donu geyindirilməsi və s. Qısası 20-ci əsrin əvvəlləri Azərbaycan yaşayışı. "Aydın" Xəyanət bataqlıq kimidir. Kirlənmədən o bataqlıqdan çıxmaq mümkün deyil. İlk vaxtlarda bataqlıqdan öz gücün hesabına çıxa bilərsən. Bunu etmədikdə, o səni bir az da çəkəcək. O qədər ki, artıq özbaşına çıxmaq mümkün deyil. Gərək kimsə əlindən tutsun, səni o bataqlıqdan dartsın, çıxarsın. Dəstək olacaq heç kim yoxdursa, batırsan, batırsan, çıxmağa çalışıb çapaladıqca daha çox batırsan və sonda yox olub gedirsən.
Əsərləri  - II Cild
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200563 okunma
Əbdül əmi, sənə and vеrirəm o Allaha, nə qədər mənə indi yaхşılıq еləyirsən, mən öləndən sonra mənim çiçəklərimə еlə!.. Qoyma mənim çiçəklərim solsunlar... Onlar mənim хoşbəхt günlərimin yadigarıdır.
Adam mərd ilə dava etsə, kürəyindən vurulacağını ağlına gətirməz. Oktay Eloğlu
Mən həqiqət sandığım çoх səslərin, çoх sözlərin sonradan bir yalan, bir əyləncə olduğunu görmüşəm. Oktay Eloğlu
Reklam
Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan; Sevərək parçalayan, parçalayaraq sevən mi?
Yеnə yalan, yеnə hər şеy süni! Mən artıq həqiqəti anlamaq istəyirəm. Of, tökül gözlərim, tökül yеrə! Madam ki, həqiqəti görə bilmirsən, tökül! Oktay Eloğlu
Haradasınız, еy ədalət ki, bir nəfər zalımı muradına yеtirmək üçün iki nəfər illərcə zəhmət çəkmiş, millətin gələcək çiçəklərini həyatından mərhum еtmək istəyirlər.
57 öğeden 41 ile 50 arasındakiler gösteriliyor.