Əgər məndə Balzakın qələmi olsaydı, bax bu mənzərəni mütləq təsvir edərdim! - əliylə dairə cızaraq restoranda oturanları göstərdi.
Məncə, belə bir şey ədəbiyyatda hələ olmayıb. Bunun özünün bir romantikası var. Fikir verin, ətrafımızdakı adamların hərəsi bir zümrədəndir, bütün millətlərdən adamlar var burada və müxtəlif yaşdadırlar. Üç gün ərzində bir-birinə yad olan bu adamlar bir yerdə yatacaqlar, yeyəcəklər, oturub-duracaqlar. Üç gün keçəcək və bu adamların hərəsi çıxıb öz yoluyla gedəcək və bir də heç zaman görüşməyəcəklər.
- Rica edirəm, bir şey söyləyin, əziz dostum. Mənə imkansız bir şeyin mümkün olduğunu göstərin.
- Gözəl bir söz dediniz, - Puaro dedi.
İmkansız bir şey ola bilməz, dolayısıyla, bu imkansız şey nə olursa olsun, yenə də mümkün olmalıdır.