Arbetnot masa xidmətçisini çağırıb yumurta və qəhvə şifariş elədi. Onun nəzərləri bir anlıq Puaronun üzündə ilişib qalsa da, dərhal laqeydliklə gözünü çəkdi. 《Vecsiz əcnəbi! Yəqin, indi o mənim haqqımda belə düşünür》- ingilisləri yaxşı tanıyan Puaro fikirləşdi