Səs və ya Qırmızı

Şamxal Həsənov

Səs və ya Qırmızı Hakkında

Səs və ya Qırmızı konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
1/10
2 Kişi
6
Okunma
3
Beğeni
453
Görüntülenme

Hakkında

Çağdaş nəsr prinsiplərinə uyğun olaraq şüuraxını və daxili monoloq fəndlərilə qələmə alınan və obrazların öz təhkiyəsində təqdim olunan “Səs və ya Qırmızı” romanı hisslərin dərinliklərinə və incəliklərinə vararaq Azərbaycanda bir ilkə imza atır. İflic ata başındakı səslərdən yorğun düşən metafizik mövcudluğundan can qurtarmaq üçün yatağında keçmiş “canlı” həyatından və “Qırmızı” dünyasından söz açır, güclü ironiya ilə şıltaq hafizəsini dindirir, əxlaqı, doğrunu, xoşbəxtliyi və yaddaşı sorğulayır. Hadisələr əsasən ata, oğul və ana üçbucağında dövr edir. Ailənin təsirli hekayəsi boyunca özünü axtaran xəyalpərəst oğulun iç səslərini və ailəsini hər vəchlə qoruyan, oğlunu gerçəkliyə gətirməyə çalışan, onda atasının təkrarını görməkdən çəkinən ananın iç səslərini eşidirik. Ananın rasionallığımı qalib gəlir, yoxsa oğulun kitablara meyil edən həssaslığı? Suallara cavab axtaran oxucu obrazların dünyasına onların gözündən baxır, müxtəlif heyvanların və Vicdanın əsas hadisələrlə çarpazlaşan monoloqlarını dinləyir.
Türler:
Tahmini Okuma Süresi: 11 sa. 34 dk.Sayfa Sayısı: 408Basım Tarihi: 2020Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952368277Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Şamxal Həsənov
Şamxal HəsənovYazar · 1 kitap
Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə qəbul olunub və hüquqşünaslıq üzrə bakalavr dərəcəsinə yiyələnib. Növbəti iki il ərzində Fransanın l’Université de Bordeaux və l’Université Toulouse 1 Capitole universitetlərində fransız dilində magistratura təhsili alıb. Hazırda beynəlxalq şirkətlərdən birinin ölkəmizdəki filialında işləyir. İngilis, fransız və türk dillərində sərbəst mütaliə edən müəllifin bu ilk romanı Fransada “Éditions Kapaz” nəşriyyatı tərəfindən də nəşr olunur.