You can find Featured Staylzda Müəmmalı Hadisə books, featured Staylzda Müəmmalı Hadisə quotes and quotes, featured Staylzda Müəmmalı Hadisə authors, featured Staylzda Müəmmalı Hadisə reviews and reviews on 1000Kitap.
Aqata Kristi - Staylzda müəmmalı hadisə
Agatha Christie - The mysterious affair at styles
•Müəllifin ilk detektiv romanıdır.
•Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanından tanınıb və onun 33 roman, 51 hekayəsində əks olunub. Bu qəhrəman onun son romanlarının birində vəfat edir və maraqlıdır ki, naşirlər bu kitabı çap eləməkdən boyun qaçırırlar. Bu səbəbdən də əsər yazıldığı müddətdən çox gec çap olunur.
•Aqata Kristinin qələmindən oxuduğum bir neçə kitabdan biridir. Hansı ki, müəllifin "On zənci balası" əsəri ilə birgə ən çox bəyəndiyim romanları sırasına daxil oldu.
•Əsərdəki hadisələr çox maraqlı süjet xəttinə malikdir. Hadisələrin gərginliklə davam etməsi əsəri yarıda buraxmağa qoymur. Çünki oxucu hadisələrin necə, hansı istiqamətdə və nə ilə nəticələnib bitməsini öyrənmək üçün can atır.
Çox bəyəndim, oxumağı tövsiyə edirəm və əminəm ki, detektivlə maraqlananların daha çox diqqətini çəkəcək.
•Tərcüməyə gəldikdə isə, bəzi yerlərdə qrammatik səhvlər gözümdən qaçmadı. Ümid edirəm, növbəti nəşrlərdə bu qüsurlar aradan qaldırılacaq.
Xoş mütaliələr!
Deməəək,kitab Aqatanın olsun,pis olsun?Elə şey çox nadir göründüyündən bu düşüncəni bir kənara qoyub kitab haqda danışım.
Kitab əslində "Dindirilmə" bölümünə qədər durğun gedir.Düzdür, bir qətl olur,qatil axtarılır,amma bu zatən dedektiv kitabından gözlədiyimiz bir şey olduğundan təəccüb doğurmur.Durğunluğun ən böyük səbəbi dəlillər üzərindən araşdırmanın anlaşılmazlığıdır.Amma bu bölümdən sonra hadisələr daha sürətli,daha əyləncəli və daha maraqlı keçir.Əgər dedektiv kitablarına qarşı xüsusi sevginiz varsa,o ilk başdakı durğunluq da rahat keçəcək, çünki əgər siz də xəfiyyə ilə birgə qatili axtarırsınızsa,o dəlillər dəyərli bir xəzinədir.
Əsərdə araya sərpişdirilmiş kiçik yumorlar insana ləzzət verirdi.
Yenə həmişəki kimi qatili biləndə şok olursan.Qatili öz beynində tapanda o dəqiqə başqa bir şey olur,fikir dəyişdirməli olursan.
Əsərdə sevmədiyim məqamlar:
1)Qeyrətsiz kişi yığını—> bəli,bəli.
Məsələn: öz xanımını başqa kişi ilə tək qoyub gedən kim,başqa adamın xanımına baxıb "necə gözəldir!" deyib onu yuxusunda görən kim, öz arvadını aldadan kim.
2)Qarşı tərəfdəki sevgi hissini oyatmaq üçün qısqanclıqdan istifadə edən xarakterlərin varlığı
3)Əsəri bizə danışan Hastinqin (Digər əsərlərdə də Puaronun köməkçisi) yarı kütbeyin olması.
Əsərdə ən çox keçən dioloq:
P:Siz doğurdan da anlamadınız?
H:Xeyr,anlamadım.
P: ... hadisəsi belə olmuşdur
H: Axı ....?
Artıq üsyan edirdim ki,"Puaro, yetər,bu adam gerizekalıdır, anlamır,əl çək"
Səhifə:255
Janr:Dedektiv
Rəy: 7/10