Sübh çağı bir an

Sarah Rayner
Brayton-London reysi. Saat 07:44 qatarı. Vaqonlar sərnişinlə doludur. Vaqonların birində qadınlardan biri makiyajını təzələyir. Digər qadın isə ətrafdakı insanları müşahidə edir. Yolçular arasında bir-biri ilə şirin-şirin söhbət edən ər-arvad da var. Digər vaqonda bir qadın nəfis tərtibatlı jurnalı vərəqləməklə məşğuldur. Sonra isə anidən hər şey dəyişir: sərnişinlərdən biri özünü pis hiss etməyə başlayır. İnfarkt keçirən bu kişinin həyatını xilas etmək mümkün olmur. Qatar dayandırılır və təcili yardım çağırılır. Bu hadisə azı üç sərnişinin həyatını kökündən dəyişir. İnfarkt keçirən kişi Lunun gözü qarşısında canını tapşırır. Şahidi olduğu bu dəhşətli səhnə onun həyatında silinməz iz buraxır. Qatarın yerindən tərpənməyəcəyini anlayan Luilə Anna eyni taksiyə minirlər. Anna Karenin ən yaxın rəfiqəsidir. Bəs Karen kimdir? Karen qatarda ölən kişinin həyat yoldaşıdır. O məşum qatar səyahətindən bir həftə sonrakı hadisələri işıqlandıran “Sübh çağı bir an” sevgidən, sədaqətdən, doğma insanların itkisindən, ailədən və dostluqdan bəhs edən təsirli əsərdir. Kitab hər anın bir hökmünün olduğunu, üzləşdiyimiz məhrumiyyətlərə rəğmən həyatın davam etməsinin mümkünlüyünü, daha doğrusu, istəsək də, istəməsək də davam etdiyini bizə bir daha xatırladır.
Author:
Sarah Rayner
Sarah Rayner
Estimated Reading Time: 12 hrs. 35 min.Page Number: 444First Publication Date: 2020Publisher: YAY nəşriyyatı
ISBN: 9789952310894Country: TürkiyeLanguage: Azerice

Comments and Reviews

See All
444 syf.
8/10 puan verdi
·
Read in 15 days
Roman üç baş qəhrəman qadının - Lu, Anna və Karenin həyatından bəhs edir. Onları 07:44 qatarında baş verən ölüm hadisəsi birləşdirir. Hadisədən sonra həyatları tamamilə dəyişir və bir-birinin həyatlarına daxil olurlar. Romanın anlatmaq istədiyi odur ki, kimi üçün adi, önəmsiz bir hadisə başqa birilərinin həyatını kökündən dəyişir. Hələ vaxt varkən hər dilinizə gəldikdə sevdiklərinizə onları sevdiyinizi söyləyin :)
Sübh çağı bir an
Sübh çağı bir anSarah Rayner · YAY nəşriyyatı · 09 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.