You can find Sürətləndikcə Kiçilirəm books, Sürətləndikcə Kiçilirəm quotes and quotes, Sürətləndikcə Kiçilirəm authors, Sürətləndikcə Kiçilirəm reviews and reviews on 1000Kitap.
Mən isə getdikcə daha sürətlə qaçırdım və heç bir sağlam düşüncə məni dayandıra bilmirdi. İnsanın var gücü ilə qaçması bu imiş, yəqin, deyə düşünməyə macal tapmışdım ki, üzüstə çınqıllığa yıxıldım.
Həyatım xoş, firavan keçməsə də, çətinliklərin öhdəsindən gəlmişəm. Bunun üçün əlimdən gələni etmişəm və kifayət qədər yaxşı etmişəm. Bəlkə də, sadəcə kifayət qədər etmişəm.
Haradasa oxumuşam ki, kosmosa səyahət edən adam yer üzünə həmyaşıdlarından daha cavan qayıdır, çünki zaman nisbidir. Məsələn, Epsilonla keçirdiyim bir gün onsuz keçən bir günə bərabər deyil.