Şəxsi Bir Otaq kitaplarını, Şəxsi Bir Otaq sözleri ve alıntılarını, Şəxsi Bir Otaq yazarlarını, Şəxsi Bir Otaq yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Virginia Woolf qadın mövqeyinin aşağı olduğu,cinslər arasında fərqlər qoyulduğu,seçki hüququnun olmadığı, acizlər toplumu tərəfindən qadınların inkişafının qarşısının alındığı əsrdə yaşayıb və kitabı qadınlara seçki hüququ verildikdən sonra çap edilib.Bu kitabda qadınlara olan kin və nifrətin çox,hörmətin niyə bu qədər az olduğu, mövqelərinin niyə aşağı tutulduğu, kişilərdən niyə aşağı hesab edildiyi kimi suallara cavab axtarmış və qədim dövrlərdən onun yaşadığı dövrə qədər qadın həyatından,onlara cəmiyyətin münasibətindən,onlara qarşı olan şiddətdən təəsüflənərək bəhs etmiş və "niyə" sualını ortaya atmışdı.Həmin dövrün acizlərinin fikrincə "ən istedadlı qadın ən pis kişidən əskikdir". Virginia Woolfun fikrincə(həm də zatən belədir) qadın inkişafının qarşısının alınması, söz haqqının verilməməsinin və bu kimi halların tək səbəbi kişilərin zəif inamından,qorxaqlığından qaynaqlanır. Çünkü qadın danışmağa və həqiqəti dəməyə başlarsa onların mövqeyi kiçilərdi.
Şəxsi Bir OtaqVirginia Woolf · Teas Press Nəşriyyatı · 038,4bin okunma
Dünya kişilərə dediyi kimi qadınlara da "yazmaq istəyirsənsə yaz,bunun mənə təfavutu yoxdur" demir, qəhqəhə çəkib soruşurdu:"Yazmaq?! Senin yazmağınin nə mənası?!"