Taleyin Əzablar Hədəfi

Elçin Usubov

Taleyin Əzablar Hədəfi Gönderileri

Taleyin Əzablar Hədəfi kitaplarını, Taleyin Əzablar Hədəfi sözleri ve alıntılarını, Taleyin Əzablar Hədəfi yazarlarını, Taleyin Əzablar Hədəfi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
160 syf.
8/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"...Polis işçiləri cinayət yerini çoxdan mühasirəyə almışdılar. Ekspertiza aparmaq üçün caninin cinayət yerinə gətirilməsini gözləyirdilər. Məni otağa apardılar. Qollarımın qandallı olmasına alışa bilmirdim. Dərhal məndən "törətdiklərimin" ən kiçik təfərrüatına qədər həm göstərməyi, həm də danışmağı tələb elədilər. «Törətdiyim» cinayəti öz xəyalımda süni şəkildə canlandırdığım kimi süni şəkildə də danışdım, göstərdim. Çarpayının üstündə, yəni yataqda tabaşirlə insan fiquru cızılmışdı. Çarpayıdan bir az kənarda isə tumbanın üstündə arxası dayaqlı bir şəkil var idi. Bu şəkildə gözəl bir qız təsvir olunmuşdu. Mən uzun-uzadı bu şəklə baxırdım, gözlərimi ondan ayıra bilmirdim. Mənim bu vəziyyətdə donub qaldığımı görən bir polis işçisi cəld bu şəkli götürüb gözlərimə soxmağa başladı: -Bax, ay oğraş, yaxşı-yaxşı bax bu qıza! Sənin oğraşlığına görə bu qız artıq həyatda yoxdur. Yazığın heç 25 yaşı yox idi. Nə görmüşdü həyatda?! Heç nə!.."
Taleyin Əzablar Hədəfi
Taleyin Əzablar HədəfiElçin Usubov · Qanun Nəşriyyatı · 20135 okunma
Reklam
"Onun həyat hekayətində belə bir nəticə aşkara çıxdı: hər kəs öz elədiyi əməllərə görə cavab verməlidir. Hər kəs öz həyatını yaşamalıdır. Hadisələrin gedişatını həyatı qurban etmək vasitəsilə dəyişdirmək sonu faciəli olan ağır nəticələrə səbəb olur..."
Sayfa 157 - MƏNİM ÖHDƏLİYİMKitabı okudu
"Ölənə qədər yaşa, insan kimi yaşa"
Sayfa 154 - KardinalKitabı okudu
"Biz hamımız həyatda müvəqqəti qonağıq. O dünyada bu dünyada etdiklərimizin cavabını alacağıq"
Sayfa 151 - KardinalKitabı okudu
"Kapital güc-qüdrət, hakimiyyət mənbəyidir. Dünyada ən şirin şey bilirsən nədir? Hakimiyyət. Hakimiyyətin isə dayaqları kapitaldır. Çoxları demokratiya-demokratiya deyir. Hamısı boş şeydir. Demokratiya anarxiyanın sinonimidir. Kainatın bir Allahı olduğu kimi, yer üzünün də bir padşahı olmalıdır. Pərən-pərənlik axırına çıxacaq dünyanın"
Sayfa 151 - KardinalKitabı okudu
Reklam
79 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.