You can find Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq books, Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq quotes and quotes, Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq authors, Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq reviews and reviews on 1000Kitap.
Həyatın ən dərin sirri kəşf etmək yox, yaratmaqdır. Özünü kəşf etmirsən, yenidən yaradırsan. Odur ki kim olduğunun axtarışında olmaqdansa kim olmaq istədiyini müəyyən etməyə çalış.
Kitab sırf dinlə bağlı deyil. Əsasən insanın özünə və ümumiyyətlə Tanrı ilə bağlı verdiyi sualları açıqlayır, insan haqqında bəzi elmi müddəalara toxunur. Tanrı var mı və haradadır sualını kitabı oxuduqdan sonra müxtəlif cavablarla öz beyninizə və inamınıza uyğun tapacaqsınız.
Yazarı araşdırmamışam, hansı fikirdə olduğunu da bilmirəm, təəssüf ki. Ancaq mənim fikrimcə Tanrının bizim hər birimizin içində olmasını bizlərə başa salır. Müsbət və mənfi şeyləri (beynimizdə) nə üçün müsbət və mənfi olaraq alqılamağımız da elə bunun məhsuludur. Bunlardan başqa şəxsin yaratdığı ancaq birbaşa Tanrı ilə bağlanılmış sayılan, cəmiyyət tərəfindən müqəddəsləşdirilər məqamlara da toxunur.
Tanrı ilə söhbət 2 kitabı, yazarın digər kitabıdı. Söhbət burda insan, onun təkamülü, cəmiyyətdə özünü aparması, öz şüurunu və bədənini, fiziologiyasını dərk etmə haqqında olduğu Tanrı ilə söhbət 1 kitabının son səhifələrində.
O kitabı növbəti dəfə alıb oxumaq istəyərdim.