Tanrını Axtaran Qız

Aminə Sədr

Tanrını Axtaran Qız Yorumları ve İncelemeleri

Tanrını Axtaran Qız yorumları ve incelemelerini, Tanrını Axtaran Qız kitabı hakkındaki okur görüşlerini , Tanrını Axtaran Qız puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.710 üzerinden
51 Kişi · 11 İnceleme
96 syf.
10/10 puan verdi
Bu kitabın rastıma çox çıxmasına baxmayaraq əsla oxumağı düşündürəcək qədər diqqət və marağımı çəkmirdi. Kitabı almaq məqsədimdə çox fərqli idi. Başqa bir məqsəd ilə kitab oxumağa vaxtım olmasada kitabxanama əlavə etmək qərarı almışdım ta ki, oxuyana qədər. Çox bəyəndim, gedişat, məzmun, obrazlar möhtəşəm idi. Oxuduqca Rihaba qəzəblənir istər istəməz vücudumda olan nifrəti hiss edirdim lakin Həsanat və Mustafanın rəftar və davranışları bəzi mühüm mövzuları yadıma saldı, ibrət oldu. Mustafanın cavabları da etiqadımı möhkəmləndirməyimə kömək etdi.
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018110 okunma
96 syf.
·
Puan vermedi
·
22 saatte okudu
92 səhifəyə necə belə möhtəşəmlik sığdıra bilinib? 92 səhifə olmasında başqa hərşey çox çox gözəl idi. Həsənat adını oxuyan zaman insana ayrı fərahlıq gəlirdi eləbil. Hələ əsl islam nümunəsini 6-7 məktuba sığdıran Mustafanı demirəm.
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018110 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
Salam, öncəliklə onu qeyd edim ki, Aminə Sədrin adını tez-tez eşidirdim, lakin kitablarını mütaliə üçün həvəsim olmurdu. Hazırda Mütaliəsini edib bitirdiyim kitabın dizaynı isə məndə maraq oyatmırdı, bildiyim şeylərin təkrarı olacaq bir kitabdır deyə düşünür, bir növ daha az yaş kateqoriyasına xitab edən kitab olduğu gümanındaydım. Dünən gecə mütaliəsində fərqlilik istədim, bu əsnada gözümə bacımın kitab rəfindəki "Tanrını axtaran qız" romanı dəydi. Onsuzda 96 səhifədir nə itirəcəyəm ki deyib kitabı əlimə aldım. İlk başda müəllifin həyat hekayəsi və personalların qeyri adi adları məndə müsbət təəssüratoyatdı, mütaliəyə davam etdikdə isə hekayə sanki öz daxilinə aldı məni. Hədsiz zövq və məmnuniyyətlə mütaliə etdim. Kitabın Mövzusuna gəldikdə isə adından da məlum olduğu kimi Tanrının sübutu, dinin zərurətinin ön planda olduğu epistolyar roman üslubundadır. Lakin fərq bundan ibarətdir ki, bu dəlillər daha çox islam mənbələri ilə deyil də müasir tendensiyalarla, avropa alimlərinin fikirləri ilə ifadə edilir. Hər dəfə fikrin sonunda isə fərdi qane edəcəyini düşündüyü kitab ismi verir. Yazarın tez-tez haşiyədən kənara çıxması isə mütaliə edən şəxsin yorulmasının qarşısını alır. İnformasiyanı çatdırmaq üçün seçilən obrazlar isə xoş əxlaqı, zərif ruhu və davranışları ilə xüsusi ilə seçilir. Bununla da birdaha islamın necə gözəl bir din olduğunu əyani formada sübut edir. Xülasə, mən kitabı çox bəyəndim və 10 ballıq şkaladan 10 bal ilə qiymətləndirdim. Oxuyacaq olan hər kəsə Xoş Mütaliələr diləyirəm!:)
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018110 okunma
96 syf.
·
Puan vermedi
·
3 günde okudu
Çox gözəl kitab idi, çox bəyəndim. Rahat dildə və anlaşılan idi. Bu kitabdan bir çox Tanrını tanımayan insanlara Onu tanıtmaq üçün dəlillər götürmək olar. (SPOILER) Ən çox sevdiyim hissə isə Rihabın hər şeyi açıb deyəndən sonra Həsənatın bu sözləri oldu: - Sənə fəda olum bacı. Sən nə qədər ağrılara dözmüsən?! Halbuki ən çox ağrıları Həsənat çəkmişdi...
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018110 okunma
96 syf.
·
Puan vermedi
·
23 saatte okudu
Utanmaq cəhənnəmdə yanmaqdan daha yaxşıdır.
Aminə Sədrin kitabları adama bir rahatlıq, hüzur hissi verir. Kitablarını oxuyanda özümü hələ dünyanı yeni tanımağa başlayan 14 yaşlı bir qız kimi hiss edirəm. Yeniyetmələrə (inanclı ya inancsız, fərq etməz) tövsiyə edəsi kitablardır, bu və
Xəstəxanada Görüş
Xəstəxanada Görüş
.
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018110 okunma
Reklam
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.