Tanrını Axtaran Qız

Aminə Sədr

Sözler ve Alıntılar

Tümünü Gör
Peyğəmbərimiz deyir: "Etdiyiniz günahlar göylərə çatsa belə, siz peşman olsanız, Allah tövbənizi qəbul edər".
Peyğəmbərimiz deyir: "Etdiyiniz günahlar göylərə çatsa belə, siz peşman olsanız, Allah tövbənizi qəbul edər". Həmçinin deyir: " Tövbə edən Allahın sevimlisidir".
Sayfa 76 - -HəsənatKitabı okudu
Reklam
“Bu ayə üzərində bir qədər düşün: “Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər". Bundan sonra isə deyir: “Mömin qadınlara da de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər". Əgər islamın göstəriş verdiyi örtünmə qadını həyatdan təcrid etmək üçün olsa idi, onda gözü çevirməklə bağlı göstəriş nə üçün idi?! Demək, kişinin baxışlarını kontrol etməsi yanında qadın olmasının mümkünlüyünü çatdırır. Həmçinin qadının da baxışlarını kontrol etməsi yanında kişi olmasının mümkünlüyünü göstərir.”
Halbuki islam bir dəfə də olsun, rahiblik və tərki-dünyalığa çağırış etməyib, əslində, bunun tam əksinə, Peyğəmbər dini ləzzət məfhumu ilə ifadə edirdi. Onun nəzərdə tutduğu ləzzət Tanrının öz bəndələri üçün yaratdığı dünya nemətləri idi. Necəki möminlərin əmiri həzrət Əli deyir: "Allah gözəldir və gözəllikləri sevir". İmam Sadiq də öz səhabələrinə belə bir məzmunda xitab edir: "Allah sizlərə nemət verib..Onun nemətlərini gizlətməyin". Deyirlər: "Bu necə olur, ey Peyğəmbərin övladı?" Deyir: "Nə gözəl olar ki, sizlərdən hər birinizin geyimi təmiz, ətri təravətli, evinin divarı ağ və evi işıqlı olsun. Bu, ruzinin artmağına səbəb olur.
"Sənin bizə məlum olmayan nə çox yaratdıqların var. Sənsən O tək olan Tanrı ki, Ondan başqa tanrı yoxdur. Yeri öz iradənlə yaratmısan. Bir və yeganə olmusan. Kainatı insan, heyvan və böyük-kiçik şeylərlə süsləmisən".
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.