Kitabın adı insanı cəlb edir. Xüsusən də kitabın bəzi yerlərində qeyd olunan fikirləri oxumazdan əvvəl özü həmin qənaətə gələn mənim kimi oxucuları.
Kitab çox qısadır, ancaq ələ aldığı məsələ böyükdür. Təbii haldır ki, yazar yaşadığı dövrə (1842-1911) aid problemlərdən bəhs edir və bəzən isə daha da dərinləşir. Bu hissələri oxuyarkən sırf o dövr problemi olduğu üçün bəzən sıxır oxucunu. Ancaq nəzərə alsaq ki, əsər bu günümüzə belə xitab edir, yazarın kəskin şəkildə tənqid etdiyi iş rejimi problemləri (bunların insanlara fiziki və mənəvi zərərləri) indiki vəziyyətlə səsləşir, deməli yazarın aktual və vacib məsələyə toxunduğu dəqiqdir.
Mütləq oxunacaq əsərdir deməzdim, ancaq oxuyarkən yeni fikirlər yarana bilir.
Tənbəllik haqqından günümüzdə necə yararlana bilərik? Bax bu mənə hələ də qaranlıq qalır. İşdir, çıxış yolu tapsanız, aşağıda qeyd edin, fikirləriniz maraqlıdır.