L.M.Montgomery-“Mavi Şato”
SalamSon zamanlar ard-arda çox ağır kitablar oxudum deyə çox yorğun hiss edirdim,hətta heç nə oxumaq istəmirdim bir müddət, amma bu kitabın üz qapağının gözəlliyi qarşısında dayana bilmədim
Valency 29 yaşına kimi ailə qura bilmədiyi üçün, ailəsi tərəfindən “evdə qalmış”adını qazanır və üstəlik bu yaşına kimi həyatını onun-bunun istəkləri üzərinə yaşayır.Nə geyinəcəyinə,saçını necə yığacağına hər şəyə “ondan yaxşı bilən”qohumları qərar verirAğır ürək xəstəsi olduğunu və çox az zamanı qaldığını öyrəndikdən sonra,ona qoyulan bütün qadağalara qarşı gəlir,qohumlarına demək isdəyi nə varsa çəkinmədən üzlərinə deyir.
O qədər gülməli dialoqlar var idi ki,kitab çox səmimi gəldi.Velency’nin hazırcavablığına gülməmək əldə deyildi.
255 səhifəlik kitabı 2 günə bitirdim.Müəllifin qələmi çox sadə və axıcı idi ,oxuduqca beynim sakitləşirdiKitab haqqında çox deyiləcək sözüm yoxdu ,amma üz qapağı o qədər xoşuma gəldi ki,istədim burda qalsın