The Mystery Of Maire Roget

Edgar Allan Poe

The Mystery Of Maire Roget Sözleri ve Alıntıları

The Mystery Of Maire Roget sözleri ve alıntılarını, The Mystery Of Maire Roget kitap alıntılarını, The Mystery Of Maire Roget en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Hətta ən ağıllı insan da ən azı bir dəfə anlaşılmaz həyəcan içində fövqəl-təbiiliyə inanmaq məcburiyyətində qalaraq, beyninin bunun sadəcə hadisə oyunu olduğu fikrini rədd etdiyi heyrətamiz təsadüflə qarşılaşıb.
Sayfa 2 - Hədəf nəşrləriKitabı okudu
Qeyd: “Mari Roje” ilk dəfə qeydlərsiz çap olunub, çünki onda buna gərək yox idi. Hərçənd, bu hekayənin əsasını təşkil edən faciənin üstündən illər keçib, ona görə də qeydlərə və məsələnin məğzini izah edən girişə ehtiyac duyulur. Nyu-York ətrafında Mari Sesiliya Rocers adlı gənc qız öldürülmüşdü, qətlin səs-küy yaratmasına və uzun müddət ictimaiyyətin diqqət mərkəzində qalmasına baxmayaraq, əsil hekayəsinin yazılması və çap olunmasına qədər (1842, noyabr) heç kim hadisənin sirrini aça bilməmişdi. Müəllif bu gözəl fransız qızının taleyini təsvir edəndə məlum olan cüzi detallarla paralellər apararaq əslində Mari Rocersin qətlinin təfərrüatlarını tamamilə dəqiq göstərmişdi. “Mari Rojenin sirri” bu dəhşətli qətlin törədildiyi yerdən çox-çox uzaqlarda yazılmışdı və hadisəni araşdıran müəllif yalnız qəzetlərdəki məlumatlara istinad edə bilərdi. Nəticədə çoxusu ondan üz döndərdi ki, əgər hadisə yerində şəxsən olmayıbsa, bu halda bəzi nüansları necə belə dəqiq təsvir edə bilib. O cümlədən, hekayənin nəşrindən uzun müddət keçəndən sonra iki şəxsin (onlardan biri əsərdə madam Dülük olaraq verilib) bir-birindən xəbərsiz etdiyi etiraflar nəinki ümumi nəticəni, eləcə də bunu yaradan bütün əsas fərziyyələrin tamamilə dəqiq olduğunu təsdiqləyirdi.
Sayfa 1 - Hədəf nəşrləriKitabı okudu
Reklam
Tanrı üçün hər şey yalnız indidən ibarətdir.
Hədəf nəşrləriKitabı okudu
Bu və ya digər insan haqda yadda saxladığınız təəssüratı izah eləmək elə də asan deyil. İstənilən adam öz tanışlarını dəqiq tanıyır, amma hansı şəkildə tanıdığına məntiqi izah verə bilənə nadir hallarda rast gəlinir.
Hədəf nəşrləriKitabı okudu
Güman edirəm, həddindən artıq kədərdən qovrulan insanlarda müvəqqəti durğunluq hissini ən azı bir dəfə sezmisiniz. Sanki onların ruhu keyiyir, istənilən fəaliyyət növü qarşısında dəhşətə gəlir və çarpayıda uzanıb qalmağı dünyada hər şeydən üstün tutur, qoca qarılar demişkən, “kədərini bəsləyirlər”, başqa sözlə, vaxtını baş vermiş bədbəxtliyə dəfələrcə ağlamaqla keçirirlər.
Hədəf nəşrləriKitabı okudu
Əksəriyyət yalnız ənənəvi təqdimetməyə kəsə yolla gedə bilən adamı müdrik sayır.
Hədəf nəşrləriKitabı okudu
Reklam