"ᴇşᴇʀ ᴅüɴʏᴀsıɴı ᴅəʏɪşᴍɪş ɪɴsᴀɴıɴ çıʀᴘıɴᴛıʟᴀʀıɴı ᴜsᴛᴀʟıǫʟᴀ ᴛəsᴠɪʀ ᴇᴅɪʙ"
Bu sözlər "Bookpage" internet portalının kitab haqqında yazdıqlarıdır.
Kitab gənc Hanna Beykerin intiharından sonrakı hadisələrdən bəhs edir. Hadisələr Kley adlı gəncin evinin qapısında ayaqqabı qutusu tapması ilə başlayır. Müəmmalı qutunun içində nömrələnmiş kasetlər var. Kasetləri dinləmək ilk əvvəl əyləncəli görünsə də, içində bəhs edilənlər heç də əyləncə xarakteri daşımır...
Netflix'də kitabın süjeti əsasında eyniadlı mini serial çəkilib. Serialı tam izləməsəm də, düşünürəm ki, 1-ci sezonda yekunlaşmalıdır. Çünki kitabdakı hadisələr də elə 1-ci sezonda əhatə olunur.
Süjeti bəyəndim, müəllifin ötürmək istədiyi mövzu, əslində, çox dərin mahiyyət daşıyır. Kitabın sonunda müəllifin cavablandırdığı suallara əsasən deyə bilərəm ki, buna nail də olub.
Təbii ki, Hanna obrazına oxucuların, eləcə də mənim münasibətim birmənalı deyil. Lakin bu obraz öz xarakteri və yaşadıqları ilə oxucuların həyatına nələrisə qata bilib, zənnimcə.
Xoş mütaliələr!