8/10
3 Kişi
7
Okunma
2
Beğeni
432
Görüntülenme
Gündəlik həyatımızda bizi əhatə edən çap və rəqəmsal dizayn materiallarına nəzər salaq. Loqotiplər, veb saytlar, mobil tətbiqlər, kitab və jurnallar, çöl reklamları… Dizayn nümunələri bizimlə danışır, bizimlə vizual kommunikasiya yaratmağa cəhd edir. Bu işdə dizaynerlərin ən güclü aləti, sözsüz ki, tipoqrafikadır. Şəkilsiz, illüstrasiyasız poster, sayt və ya mobil tətbiq təsəvvür edə bilərik. Lakin eyni dizayn materialından mətni çıxardığımız anda ortada olan əsas fikir, mesaj itir, yerdə sadəcə gözəl foto və ya illüstrasiya qalır. İlk baxışdan qrafik dizayn üçün bu qədər vacib, həyati əhəmiyyətli görünməyən tipoqrafika ilə bağlarımız nə qədər möhkəmdir? Tipoqrafika adlanan nəhəng aləmdəki səfərinizin mümkün qədər asan yollarla keçməsində bu kitab sizə bələdçilik edəcək. Bunun üçün kitabda tipoqrafikanın əsaslarını əhatə edəcək 26 mövzu işlənilib, təxminən 45 studiya və agentliyin 60-a yaxın layihəsi nümunə kimi göstərilib və şərh edilib. Çətin “həzm ediləcək” hissələr infoqrafik nümunələrlə təkrar izah edilib, real fotolarla mövzulara aydınlıq gətirilib. Yekunda hər birimiz tipoqrafikanın əsaslarını ciddi mənimsəməklə onu gündəlik dizayn işlərimizdə daha professional formada tətbiq edəcək, nəticədə qurmaq istədiyimiz vizual kommunikasiya düzgün şəkildə ortaya çıxacaqdır.
Yazar:
Rizvan Bağırlı
Rizvan Bağırlı
Tahmini Okuma Süresi: 6 sa. 46 dk.Sayfa Sayısı: 239Basım Tarihi: 2021Yayınevi: Code Academy
ISBN: 9789952835090Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
239 syf.
·
Puan vermedi
·
19 günde okudu
Grafik dizayn sahəsi ilə maraqlananlar üçün ideal başlanğıc ola biləcək kitabdır. Ümumi dizayn anlayışı, tipoqrafikanın dizaynda rolu, şriftlər, onların doğru istifadəsi və s. kimi mövzular haqqında geniş məlumatlar verilir. Kitabda yazıçının verdiyi tövsiyələrə əməl etməklə bu sahədə yaxşı bir yol müyyən etmək olar. Tipoqrafika haqqında bilikləri genişləndirmək üçün yazıçı kitabın sonunda bizə əlavə ədəbiyyat da təqdim edir. Bu sahə ilə maraqlanıb heç bilgisi olmayan biri üçün çox faydalı olacağını düşünürəm. Dizayn sahəsində öz dilimizdə mənbə tapmağın çətin olduğunu nəzərə alaraq, kitabın öz dilimizdə olması da ayrı sevindirici bir haldır.
Tipoqrafika
TipoqrafikaRizvan Bağırlı · Code Academy · 20217 okunma
Reklam
239 syf.
10/10 puan verdi
·
Beğendi
·
145 günde okudu
Qrafik Dizayn/ Tipoqrafika
Ölkədə qrafik dizaynla maraqlanan hər kəs ilk olaraq Azərbaycan dilində mənbəə əksikliyindən şikayətçidir. Həmçinin məndə. Nə xoş ki artıq bu işə ilk addımı atan insanlar var. Rizvan Bağırlı bu kitabında tipoqrafikanı demək olar ki, dərindən, nümunələrlə izah edir. Həyatımızın ayrılmaz parçası olar tipoqrafika mövzusunu ələ alaraq, öz dilimizdə bir vəsait ərsəyə gətirib. Dizaynla maraqlanan hər bir kəsin çox rahat və maraqla oxuyacağı bir kitabdı.
Tipoqrafika
TipoqrafikaRizvan Bağırlı · Code Academy · 20217 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.