Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Tənha Gönderileri

Tənha kitaplarını, Tənha sözleri ve alıntılarını, Tənha yazarlarını, Tənha yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Başqasının xoşbəxtliyinə həsəd, qüssə və ya uydurma qorxu kölgəsi olmadan baxa bilmək, bu zirvəyə çatdığım üçün məmnun halda gənclik əzablarımın mənzilini tərk edib evimə, öz tənhalığıma, öz işimə, öz mübarizəmə qayıtdım.
Reklam
Tənhalıq təbiətin zahiri ölümü ilə həmahəngdir, amma bəzən ona dözməyə gücüm çatmır. Adamlar üçün darıxıram, yalqızlığımda o qədər həssas olmuşam ki, sanki ürəyim tamamilə dərisiz qalıb və öz fikir və duyğularımın sahibi olmaq vərdişimdən o qədər ərköyünləşmişəm ki, başqa adamla təmasa zorla qatlanıram; bu azmış kimi, yaxınlaşan hər kəs sanki mənim şəxsi ovqatıma müdaxilə edirmiş kimi, öz ruh halıyla məni sıxır.
Tənhalıqda özün-özünə ağasan. Heç kəs sənin fikirlərinə nəzarət etmir, deməli, başqalarının zövqü və istəkləri də daha sənə təzyiq göstərmir. Yenidən qazanılmış bu azadlıqda qəlb çiçək kimi açır, onun içərisi bundan sonra dinc, sakit, sevinc, əminlik və özünə tam cavabdehlik hissiylə dolur.
Bəlkə, elə belə lazımdır ki, yad adamın faciəsi səni təsirləndirsin və hər dəfə tənhalıq içərisində ondan gizlənmək istəyəndə səni mütləq yaxalasın?
Üst-üstə yığılmış xatirələrin ətrini yayan çoxlu xırda əşyalar vardı.
Reklam
Heç nəyinin olmaması, heç nəyi arzulamamaq taleyin amansız zərbələrinə qarşı möhkəm olmaq deməkdir. Bununla belə, pulunun olması və bunun sayəsində istədiyin hər şeyi əldə edəcəyini biləcəyini anlamaq - bax budur xoşbəxtlik, çünki onun arxasında müstəqillik azadlığın daha bir şərti dayanır.
44 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.