En Eski Tənha Gönderileri

En Eski Tənha kitaplarını, en eski Tənha sözleri ve alıntılarını, en eski Tənha yazarlarını, en eski Tənha yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bəlkə, elə belə lazımdır ki, yad adamın faciəsi səni təsirləndirsin və hər dəfə tənhalıq içərisində ondan gizlənmək istəyəndə səni mütləq yaxalasın?
Tənhalıqda özün-özünə ağasan. Heç kəs sənin fikirlərinə nəzarət etmir, deməli, başqalarının zövqü və istəkləri də daha sənə təzyiq göstərmir. Yenidən qazanılmış bu azadlıqda qəlb çiçək kimi açır, onun içərisi bundan sonra dinc, sakit, sevinc, əminlik və özünə tam cavabdehlik hissiylə dolur.
Reklam
Tənhalıq təbiətin zahiri ölümü ilə həmahəngdir, amma bəzən ona dözməyə gücüm çatmır. Adamlar üçün darıxıram, yalqızlığımda o qədər həssas olmuşam ki, sanki ürəyim tamamilə dərisiz qalıb və öz fikir və duyğularımın sahibi olmaq vərdişimdən o qədər ərköyünləşmişəm ki, başqa adamla təmasa zorla qatlanıram; bu azmış kimi, yaxınlaşan hər kəs sanki mənim şəxsi ovqatıma müdaxilə edirmiş kimi, öz ruh halıyla məni sıxır.
Başqasının xoşbəxtliyinə həsəd, qüssə və ya uydurma qorxu kölgəsi olmadan baxa bilmək, bu zirvəyə çatdığım üçün məmnun halda gənclik əzablarımın mənzilini tərk edib evimə, öz tənhalığıma, öz işimə, öz mübarizəmə qayıtdım.
35 öğeden 41 ile 35 arasındakiler gösteriliyor.