Tom Dayının Daxması

Harriet Beecher Stowe

Sözler ve Alıntılar

Tümünü Gör
Cəsarət və qətiyyət, hətta ən qaba vücudlara da təsir edir.
Ruhumuzun cismimiz üzərində hökmü ölçüyəgəlməz dərəcədə böyükdür, elə böyükdür ki, bəzən cismimiz və əsəblərimiz daş təki bərkiyir, əzələlərimizə bir polad mətinliyi gəlir və onda, hətta ən zəif varlığın belə gücü-taqəti heç bir hədd-hüdud tanımır
Reklam
–Ata, məgər bütün qulları azadlığa buraxmaq olmaz? –Çətin sual verirsən. Mən də istəyirəm ki, bir nəfər qul qalmasın. Amma bunu necə eləyim, bilmirəm. –Sən başqalarını da inandıra bilərsən, ata. Yaxşı danışmağı bacarırsan. Mən öləndən sonra bunu elə! –Ölmək nədir, Yeva? Bu dünyada mənim gözümün ağı da, qarası da bircə sənsən, – Oqüstenin ürəyi sızıldadı. –Zavallı Pryunun da bircə balası vardı. Onun ağlar səsini eşidirdi, amma əlindən heç nə gəlmirdi. Tom öz doğmaları üçün darıxır. Dayə də balalarından ötrü ağlayır. Kömək elə onlara! –Di yaxşı, əzizim. Mən sənin istəklərinə əməl eləyərəm. –Bir də söz ver ki, Tomu azadlığa buraxacaqsan. –Yaxşı, qızım, söz verirəm.
Dodo uzaqlaşan atlıların ardınca uzun-uzadı baxdı. Onlardan biri ona pul, o biri isə bundan qat-qat qiymətli bir şey - isti, mehriban bir söz bağışlamışdı.
Məgər Allah bütün insanları bərabər yaratmayıb? - Miss Ofeliya dedi. - Bu nə danışıqdır! Gülməlidir belə sözləri eşitmək! Zəncilər ən aşağı irqdəndirlər. Sen-Kler mənim beynimə yeritməyə çalışır ki, biz ayrı yaşamalı olsaydıq, sən necə dərd çəkərdinsə, dayə üçün də ərindən ayrılmaq elə ağır dərddir. Burada hansı müqayisədən söhbət gedə bilər? Dayənin dərin yaşantısı ola bilməz. Zəncidir axı!
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.