Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Tom Dayının Daxması

Harriet Beecher Stowe

Sözler ve Alıntılar

Tümünü Gör
–Ata, məgər bütün qulları azadlığa buraxmaq olmaz? –Çətin sual verirsən. Mən də istəyirəm ki, bir nəfər qul qalmasın. Amma bunu necə eləyim, bilmirəm. –Sən başqalarını da inandıra bilərsən, ata. Yaxşı danışmağı bacarırsan. Mən öləndən sonra bunu elə! –Ölmək nədir, Yeva? Bu dünyada mənim gözümün ağı da, qarası da bircə sənsən, – Oqüstenin ürəyi sızıldadı. –Zavallı Pryunun da bircə balası vardı. Onun ağlar səsini eşidirdi, amma əlindən heç nə gəlmirdi. Tom öz doğmaları üçün darıxır. Dayə də balalarından ötrü ağlayır. Kömək elə onlara! –Di yaxşı, əzizim. Mən sənin istəklərinə əməl eləyərəm. –Bir də söz ver ki, Tomu azadlığa buraxacaqsan. –Yaxşı, qızım, söz verirəm.
Dodo uzaqlaşan atlıların ardınca uzun-uzadı baxdı. Onlardan biri ona pul, o biri isə bundan qat-qat qiymətli bir şey - isti, mehriban bir söz bağışlamışdı.
Reklam
Məgər Allah bütün insanları bərabər yaratmayıb? - Miss Ofeliya dedi. - Bu nə danışıqdır! Gülməlidir belə sözləri eşitmək! Zəncilər ən aşağı irqdəndirlər. Sen-Kler mənim beynimə yeritməyə çalışır ki, biz ayrı yaşamalı olsaydıq, sən necə dərd çəkərdinsə, dayə üçün də ərindən ayrılmaq elə ağır dərddir. Burada hansı müqayisədən söhbət gedə bilər? Dayənin dərin yaşantısı ola bilməz. Zəncidir axı!
İnsan qəlbinin dözümü və gücü o qədərdir ki, o, yaxın adamların əzablarını yüngülləşdirmək naminə öz ağrılarını ram edib gizləyə bilir!
Sayfa 132 - TomKitabı okudu
" Köləliyin ən dəhşətli cəhətlərindən biri də odur ki, varlı evdə, xeyirxah ağa yanında yaşamış zənci bir də görürsən taleyin amansız hökmü ilə bir zülmkarın əlinə düşdü... "
Dünyamızda elə gözəl, saf ürəklər var ki, onların kədəri-ağrısı da başqaları üçün xoşbəxtliyə çevrilir; onların qəbrə gömülmüş, acı göz yaşlarıyla suvarılmış dünyəvi ümidlərindən də sanki bir toxumdan cücərmiş kimi, çilik-çilik olmuş yaralı ürəklərə məlhəm güllər açılıb boy atır.
Sayfa 123 - Eliza, Missis BerdKitabı okudu
Reklam
Cəsarət və qətiyyət, hətta ən qaba vücudlara da təsir edir.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.