Topal Teymur

Hüseyn Cavid

Topal Teymur Gönderileri

Topal Teymur kitaplarını, Topal Teymur sözleri ve alıntılarını, Topal Teymur yazarlarını, Topal Teymur yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
104 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 saatte okudu
Topal Teymur və İldırım Bəyazid arasında gedən mübarizə, həmin dövrün tarixi hadisələri Hüseyn Cavid qələmindən süzülərək "Topal Teymur" dramında öz əksini tapmışdır. Əsər həm tarixin bədii əksi, həm də baş vermiş hadisələrə, tarixi səhvlərə müəllif münasibəti baxımından, xüsusilə, dəyərlidir. Obrazları təhlil etmiş olsam, şair obrazı məndə xüsusi maraq və sevgi doğurdu. Əsərdəki şair, sanki, müəllifin özüdür, onun baş verən hadisələrə münasibətini əks etdirir, qardaş qanı tökülməsini qəti şəkildə qınayır. Həmçinin müəllif ədaləti, xalqın xoş güzəran sürməsinin təmin olunmasını dövləti idarə edən şəxslərin qarşısında bir vəzifə kimi qoyur. Əsərin sonluğu, şair arzusu isə bütün dövrlər, bütün dövlətlər üçün aktualdır. Dünyanın qana boyandığı, siyasət, hakimiyyət naminə insanların insan qanı içdiyi bir zamanda bu cümlələr insanı öz kimliyini düşünməyə vadar edir: " Məhəbbət! Məhəbbət!...Əvət bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, kainata nifrətlər olsun". Məhz bu cümlələr "Mənim tanrım gözəllikdir, sevgidir!" deyən Hüseyn Cavidə vurğunluğumu daha da artırdı.♡
Topal Teymur
Topal TeymurHüseyn Cavid · Elm Nəşriyyatı · 201081 okunma
Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yoq məmləkətlərə...sənin kibi bir kor, bənim kibi bir topal müsəllət olmazdı.
Teymur - YıldırımKitabı okudu
Reklam
Məhəbbət! Məhəbbət!... Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun.
Qardaş qardaş qanı içiyor. İştə siyasət və rəyasət bəlası!
Əvət, qaplan yırtıcıların ən vəhşisidir, fəqət qaplanları parçalayacaq daha böyük vəhşilər var ki, o da insanlardır.
Hər halda vücud ayrılığı gönül ayrılığı demək deyildir.
Reklam
64 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.