Wulf Dorn'un oxuduğum ilk əsəri oldu.
Əslində kitabda fəlsəfi ideyalar çox olmadığı üçün qısa zaman ərzində oxumaq olur. Axıcı, anlaşılan dildədir.
Real dünyamızda üzləşdiyimiz, demək olar ki, uşaqlarla bağlı problemlər öz əksini tapıb. Böyüklər tərəfindən uşaqlara edilən haqsızlıqlar, görməzdən gəlinmələri, uşaqlara qarşı şiddət, təcavüz və daha bir çox şey...
Təəssüf ki, günümüzdə dünyanın fərqli yerlərində uşaq olmanın həyəcanını yaşaya bilməyən, oyun oynayacağı yaşda ağır travmalar, qorxunc hadisələr yaşayan çox sayda uşaq var. Kitabın əsas mövzusu da budur. Çox spoiler vermək istəmirəm, sadəcə olaraq, onu deyim ki, kitabda 4 qəzet başlığı da əks olunub və bunlardan 3ü (səhv etmirəmsə) gerçək həyatda yaşanmış hadisədir. Əslində bu hadisələri oxuyanda o hadisələri yaşayan uşaqların nələrə məruz qaldığını təsəvvür etmək belə istəmədim.
Kitabın sonluğunu isə fərqli gözləyirdim. Yəni kitabı oxuduqdan sonra insanda "Yəni? Nə oldu ki indi?" kimi düşüncə yaranır.
Ümumilikdə kitaba puanım: 6.4/10