Ubuntu Sözleri ve Alıntıları

Ubuntu sözleri ve alıntılarını, Ubuntu kitap alıntılarını, Ubuntu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bizə elə gəlir ki, vaxtımız var və hər şeyi düzəltmək üçün hələ də fürsət tapa biləcəyik. Bir cümlə. Bir SMS. Bir söz. Sizin hazırda yazmaq və demək istədiyiniz sözlər var.Həmin adamlara yazın və deyin.Tərslik edib gözləməyin.Bu həyatda təkcə Vergilər Nazirliyi gözləyəndə daha çox qazanır.
Sevgi bir qalanın içində yaşayan bəyaz şahzadədir. Məişət isə hər zaman bu qalaya hücum edərək onu darmadağın etmək istəyən qara şahzadədir. Hər iki şahzadənin ordusu var. Bəyaz şahzadənin ordusu sevgini gücləndirən sözlər, əməllər və şəraitdir. Qara şahzadənin ordusu isə sevgini yaralayan, məhv edən sözlər,əməllər və şəraitdir.
Sayfa 170Kitabı okudu
Reklam
Siz bilmirsiniz. Yazılan hər cümlənin arxasında yazılmayan on cümləni görmürsünüz. Qan ağlayan insanın üzünüzə gülməsi sadəcə sürreal güc və əzmkarlıq tələb edir.
Dəyərli valideynlər, uşaqlarınızı maşınlara oturdub, əllərinə sükanı verib, pultu özünüzdə saxlamayın.O qədər uşaq bu “pulta” görə illər sonra əziyyət çəkir ki.Qərbdə uşağa kiçik yaşlarında deyilir ki, bu sən, bu sənin həyatın, di get sür. Bizdə deyilir ki, əvvəl bu, sonra o, sonra bu, bir də bu - baxırsan ki, uşağın 30-35 yaşı var.O sürə bilmir, siz də əlinizdə illərlə pult tutduğunuz üçün peşman olursunuz.Onların öz qərarlarını, öz addımlarını, öz nəticələrini görüb daha çox fəxr edəcəksiniz! Eybi yoxdur. Qoyun bir-iki dəfə ora-bura dəysinlər. Amma nəticədə hər biriniz məmnun qalacaqsınız.
Sayfa 154Kitabı okudu