Üç Bacı

Anton Çehov

Üç Bacı Sözleri ve Alıntıları

Üç Bacı sözleri ve alıntılarını, Üç Bacı kitap alıntılarını, Üç Bacı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Heç bir şeydən ləzzət ala bilmirəm, zaman isə gəlib keçir, elə bil əsl, gözəl həyatdan uzaqlaşır, getdikcə məchul bir uçuruma doğru yuvarlanırsan."
Sayfa 91 - Qanun Nəşriyyatı / Mini klassika seriyası 59Kitabı okudu
"... lakin o müharibələrin qoyduğu böyük boşluğu hələlik heç bir şeylə doldurmaq mümkün deyil."
Sayfa 121 - Qanun Nəşriyyatı / Mini klassika seriyası 59Kitabı okudu
Reklam
"Nə qədər uzaq getsən, o qədər yaxşıdır."
Sayfa 111 - Qanun Nəşriyyatı / Mini klassika seriyası 59Kitabı okudu
İrina. "Mən həyatımda bir dəfə də sevməmişəm. Ah, məhəbbət haqqında necə dərin xəyallara dalardım! Çoxdan, çoxdan məhəbbətin xəyalındayam, gecə-gündüz o xəyalla yaşamışam, amma qəlbim açarı itmiş və ağzı qapalı qalmış qiymətli bir royal kimidir." Tuzenbax. "Mən bütün gecəni yatmamışam. Həyatımda məni dəhşətə salacaq heç bir qorxulu şey yoxdur, təkcə o itmiş açar ürəyimi parçalayır, məni yuxusuz gecələr keçirməyə məcbur edir. Danış, mənə bir söz de."
Sayfa 114 - Qanun Nəşriyyatı / Mini klassika seriyası 59Kitabı okudu
"Bəli. Unudacaqlar. Əlimizdən nə gəlir, taleyimiz belədir. İndi bizə vacib, əhəmiyyətli və çox qiymətli görünən şeylər, zaman keçdikcə, unudulacaq, yaxud əhəmiyyətsiz görünəcəkdir."
Sayfa 22 - Qanun Nəşriyyatı / Mini klassika seriyası 59Kitabı okudu
"Bəlkə bizə elə gəlir ki, guya biz yaşayırıq, əsl həqiqətdə isə biz heç yoxuq."
Sayfa 83 - Qanun Nəşriyyatı / Mini klassika seriyası 59Kitabı okudu
Reklam
"Çox zaman mən düşünürəm ki, ah, nə olaydı, bu həyatı yenidən, həm də şüurlu surətdə başlamaq mümkün olaydı! Kaş bizim iki ömrümüz olaydı, birisi yaşayıb qurtardığımız və səhvlər, nöqsanlarla dolu olan qaralama həyat, o biri sonra başlanan təmiz və pak həyat! Məncə, onda hər kəs bir elədiyini bir də etməməyə çalışır. Hər halda özü üçün başqa bir həyat şəraiti yaradardı, özü üçün çiçəklərlə bəzənmiş və içərisindən nur yağan belə bir ev düzəldərdi..."
Sayfa 28 - Qanun Nəşriyyatı / Mini klassika seriyası 59Kitabı okudu
"Dünyada heç nə insanın istədiyi kimi olmur."
Sayfa 120 - Qanun Nəşriyyatı / Mini klassika seriyası 59Kitabı okudu
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
"Gogol bu dünyada yaşamanın insanın kalbini acıttığını söylüyor beyler!"
Sayfa 56 - Qanun Nəşriyyatı / Mini klassika seriyası 59Kitabı okudu
"O üsyankar fırtına, tufan axtarır ancaq, sanki fırtınalarda bir rahatlıq tapacaq!.."
Sayfa 112 - Qanun Nəşriyyatı / Mini klassika seriyası 59Kitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.