Rəqəmsal Meşə

Üçüncü Addım

Qaraqan

Yorumlar ve İncelemeler

Tümünü Gör
214 syf.
·
Puan vermedi
·
19 günde okudu
Düşüncələrim...
Biz kimik? İdarə olunan canlılar , ya elektron toplusundan yaranan bədən? Tanrının yaratdığı ən ali varlıq, ya sehirbazın göstərdiyi fokus? Kodlardan ibarət yaşam , ya elektriklə işləyən mexanizm? Daxilində gizli dünya olan mövcudluq , ya kainatda ən kiçik zərrəcik? Həqiqətdə olan reallıq, ya yuxuda baş verən illüziya? Ən bəsit maddə, ya kəşf olunmağı gözləyən böyük bir sərvət? Düşünən beyin , ya keçmişdən bu günə gələn informasiya? Biz kimik? Biz nəyik?
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016507 okunma
Reklam
214 syf.
·
Puan vermedi
Üçüncü addım bitti? Həyatın anlamsızlığında bir anlam tapmama kömək oldu, bir çox suallarıma cavab tapdım ama məni daha fərqli, daha dərin suallar qarşısında qoydu. Bu mənə görə mənfidi ..ya da mənfidəki müsbətdir. Cavabı tapmışam ama ona uyğun bir sual tapıb cavabın əvvəlinə yaza bilmirəm. Kitab həyata baxışımı dəyişdi deyə bilərəm. Bir səhifə oxuyub on gün həmin səhifəni düşünmək, araşdırmaq.. kitabı oxuyub bitirmiş kimi hiss eləmirəm ya da bəzi cümlələrin üstündə yetərincə qalmadığımı düşünürəm yenidən oxuyacağım kitablar arasına əlavə olundu.
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016507 okunma
214 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Neyronlarım bu kitab üçün minnətdar
Kitabı oxuduqca insanı o qədər uzaqlara aparır ki və kitab bizi bir tərəfə aparmır. Sanki ruhumuzu bölür və hər bir parçasını tamamən fərqli yerlərə göndərir. Neyrofiziologiya, kibernetika, psixoanaliz, metafizika, fəlsəfə və daha nələr nələr. Hər biri haqqında adam neyronlarıma əzab verirdi. Balaca bi hissəsi haqqında danışmaq istəyirəm: Gerçəklik nədir görəsən? Yaşadığımız həyat gerçəkdirmi ki? Heç də belə. Guya yuxu ilə həqiqəti ayıra bilirik? Əgər bunu duyğu üzvlərimizə görə bacarırıq desək bu yalan olar. Nəticədə yuxuda da görürük, eşidirik, hiss edirik, qoxunu alırıq və ya nəyisə dadırıq. Qısacası duyğu üzvlərimiz bu cəhətdən sinifdə qalır. Tək fərq yuxuda ardıcıllıq yoxdu, gerçəkdə isə ardıcıl olaraq hadisələri yaşadığımız üçün beynimiz bunu həqiqət olaraq adlandırır. Yoxsa hər gün yatanda ardıcıl şəkildə yuxular görsəydik onda artıq vəziyyət rusca olardı :d. Dərk edəmməzdik, hansı illüziya hansı realdı deyə. Ümumən beynimiz heç də düzgününü bilmir həmişə. Məsələn bizim beynimizi bir bankanın içinə qoysalar və lazımı mühitlə təmin eləsələr onda da elə biləcəkdik ki, hər şey güllük gülüstanlıqdı. Amma real? Real isə bir bədənin yox sadəcə beynini kukla kimi istifadə edirlər və nəticədə hər şeydən xəbərsiz fil yuxusunda yatmaq...
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016507 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.