Çingiz Abdullayevin “Üçüncü variant” əsəri “Mənim gözəl alibim”dən oxuculara yaxşı tanış olan Solaxay ayamalı təkqol killerin “ölüm”ündən və “dirilməsi”ndən sonra özü kimi “vəfat etmiş” və güclülər tərəfindən bütün kürreyi-ərzdə axtarılan bir şəxsi taparkən başına gələn qəzavü-qədərlərdən bəhs edir. Həmçinin bu kitabda, birinci hissədə olduğu kimi, təqib də, nakam məhəbbət də, dərin insan faciəsini əks etdirən ağrılı fəlsəfə də əks olunur.