Ulduzlar Sayrışanda

Salam Qadirzade

Comments and Reviews

See All
128 syf.
8/10 puan verdi
·
Read in 26 hours
Nar çiçəyi..
Salam Qadirzade
Salam Qadirzade
qələmindən oxuduğum ilk kitab deyildi, yazıçı mənə doğma olduğundan bu kitabı da sevdim. Kitabda səmimi kənd həyatı, kəndin sakinləri, iş həyatı, obrazların surəti o qədər yaxşı təsvir olunmuşdu ki, sanki hər şeyi canlı görürdüm. Hətta bəzi bölgələrin ləhçəsində istifadə olunan sözlərin olması çooox xoşuma gəldi, əsərə təbiilik qazandırmışdı :D ● Hər şey, jurnalistika fakültəsini yeni bitirən Ərdostun "azı bir illik" rayon qəzetinə işləməyə gəlməsiylə başlayır. Sərinbulağı, alma bağlarını gəzərkən Ərdost ilk qəhramanı Zaman Qocayla tanış olur və onun haqqında qəzetə yazmağı qərara alır. Bunu müsbət qarşılayan Zaman Qoca onu evə dəvət etməsiylə, bir anlıq "reinkarnasiya" baş verdiyini düşünürük... ●Axx, Ərdost, axx. Başlarda sevdiyim, hörmət etdiyim bu gəncə sonlara yaxın nifrət qarışıq əsəb oldum. Bəlkə də küsdüm bilmirəm:/ Nə gözləyirdim ki, Ərdostun ölmüş nişanlısı Səfurəyə sonacan sadiq qalmasınımı? Açığı, Qönçələrə üzüldüm, Ərdost onu Səfurəyə bənzədiyi üçün sevmişdi, özünə görə yox.. Vəəə "Nar çiçəyi" Səfurəydi, Qönçələr YOXX. Ərdostun bəzən Qönçələrə "Nar çiçəyi" deyə xitab etməsi məni çoox qıcıqlandırdı. Hələ deyirdi ki, bunu deyəndə Səfurəni də xatırlayacaq. Heç utanmadınmı, Ərdost?-_- Kitabın sonlarında Ərdostun həyatında bu qədər xoşbəxt olmadığı, xəyalındakı qızla evləndiyi deyilirdi. Çooox ayıb olsun, Ərdost!
Ulduzlar Sayrışanda
Ulduzlar SayrışandaSalam Qadirzade · Mücrü Nəşriyyatı · 04 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.