Ümmi Əbiha Gönderileri

Ümmi Əbiha kitaplarını, Ümmi Əbiha sözleri ve alıntılarını, Ümmi Əbiha yazarlarını, Ümmi Əbiha yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mərhum Ayətullah Behcət
Dövrümüzün tanınmış alim və ariflərindən biri idi. Bir nəfər ondan belə soruşdu: "Bəzən insan gecə namazına oyana bilmir. Hansı işləri görsəm mənim gecə namazı qılmağıma rağbətim daha da çoxalar? Ayətullah Bəhcət buyurdu: Çox yaxşı olar ki, insan özünü qıla bilmədiyi gecə namazının qəzalarını qılmağa öyrəşdirsin. Səhər ayılıb görsə ki, həm sübh namazı, həm də gecə namazı qəzaya gedib, sübhün qəzasını qıldıqdan sonra gecə namazının da qəzasını qılsın. Yaxud elə bir vaxt oyanıb ki, sübh namazının vaxtıdır. Sübh namazından sonra gecə namazının qəzasını qılsın. Belə olduqda həmin şəxsin gecə namazını qılmağa müvəffəqiyyəti çoxalar. İstəyər ki, bu namazı həmişə öz vaxtında qılsın."
Gecə namazı belə şərafətlərə malikdir.
Hədislərdə deyilir ki, insan gecə namazı qılarkən Allah-təala doqquz cərgə mələyi onun arxasında dayanıb namaz qılmaq üçün göndərir. Cərgələrin sayı doqquz olsa da, hər bir cərgədə nə qədər mələk dayandığını Allah bilir. Allah-təala həmin şəxsin dərəcəsini o mələklərin sayı qədər artırır. Həmin mələklər Allahdan bu insanın bağışlanmasını diləyərlər.
Reklam
Ustadlardan biri namaz haqqında belə buyurmuşdu
İnsan fikirləşməməlidir ki, yaşlandıqda namazı daha gözəl, daha rahat qıla bilər. Hər bir işin yaxşısını və gözəlini insan cavan vaxtlarında yerinə yetirə bilir. İnsan namazın şirinliyini cavan vaxtlarinda dadıb hiss edə bilir.
Namaz.
Namazın özü insan üçün mühümdür. Namaz insanın nuraniyyəti, əzəməti və mənəviyyətidir. Namaz insanın şərafəti, ədəbidir. Namaz insanın Allahına olan təşəkkürüdür. Namaz insanın əbədiyyətidir. Namaz insan mənəviyyətinin varlığıdır. Namaz İslamın üzü və görünən tərəfidir. Namaz qiyamət günü soruşulan ilk sualdır. Namaz dinin sütunudur. Namaz bütün peyğəmbərlərin vəsiyyətidir.
İmam Sadiq (ə) buyurur: "Həm gecənin mələkləri, həm də gündüzün mələkləri sübh namazını həm görür, həm də yazırlar."
Sübh namazı
Hər kəs sübh namazını vaxtında qilsa, həm gecə mələkləri günün axırıncı əməli kimi, həm də gündüzün mələkləri yeni günün birinci əməli kimi o şəxsin dəftərinə qeyd edirlər.
Reklam
19 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.