Müəllifin oxuduğum ilk kitabı idi. Kitabı 2 ilə yaxın idi ki, almışdım, amma oxumağa fürset olmurdu. Nəsə maraqsızdı deyə düşünürdüm... amma yanılmışam. Azərbaycanda Agata Kristi tərzini hiss elediyim bir roman idi...
Əsər İdrisin Moskvada tələbə yoldaşının qətlə yetirilməsi və İdrisin bu cinayəti araşdırmasından bəhs edir. Bir kinoteatr və bir cinayət... çoxlu şübhəli insan...
Oxumağa dəyər bir kitabdı. Kitabın son səifələrin oxuduqca artıq cinayətin kimin tərəfindən törədildiyini öyrənmək olur...
Oxuyacaq olanlara xoş mütailələr....