Unudulmaz Xatirələr

Mirmehdi Seyidzadə

About Unudulmaz Xatirələr

Unudulmaz Xatirələr subject, statistics, prices and more here.

About

Kitabda şair-dramaturq Mirmehdi Seyidzadənin ötən əsrin 30-50-ci illərində dövrünün müasirləri haqqında bir-birindən maraqlı xatirələri yer almışdır
Estimated Reading Time: 2 hrs. 57 min.Page Number: 104Publisher: Mucru Yayınevi
ISBN: 9789952222159Language: Azerice
Reklam

About the Author

Mirmehdi Seyidzadə
Mirmehdi SeyidzadəYazar · 2 books
Mirmehdi Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. 1926–1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil almış yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938–1939-cu illərdə yenidən təşkil olunmuş "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cu ildə Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur. Mirmehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da vəfat etmişdir.