Uşaqlıq

Lev Tolstoy

Uşaqlıq Posts

You can find Uşaqlıq books, Uşaqlıq quotes and quotes, Uşaqlıq authors, Uşaqlıq reviews and reviews on 1000Kitap.
"Doğrudanmı, yalnız xatirələr qalmışdır?"
"Duadan sonra yorğana bürünürsən; ürəyində bir yüngüllük hiss edirsən, qəlbin işıq və sevinclə dolur, arzular bir-birini qovur."
Reklam
"Sevimli anam üçün uşaq dodaqlarımın oxuduğu duaları təkrar edərkən ona olan məhəbbətim Allaha olan məhəbbətimlə qəribə surətdə birləşib, bir hiss əmələ gətirirdi."
"Anamın üzü nə qədər qəşəng olsa da, o gülümsədikdə bu üz daha da gözəlləşirdi və ətrafdakı hər şey, sanki, gülürdü. Həyatımın ağır dəqiqələrində bu təbəssümü heç olmazsa gözucu görə bilsəydim, onda dərd-qəmin nə olduğunu bilməzdim. "
Şöhrət düşkünlüyü elə bir hissdir ki, həqiqi kədərlə əsla uyğun gələ bilməz, bununla belə, bu hiss insan təbiətinə elə aşılanmışdır ki, ən qüvvətli kədər çox nadir hallarda ona üstün gələ bilər. Kədərdəki şöhrətpərəstlik insanın özünü ya məyus, ya bədbəxt və ya səbatlı göstərmək arzusu ilə ifadə olunur; etiraf etmədiyimiz, lakin, demək olar ki, heç bir zaman – ən kədərli dəmlərimizdə belə bizi tərk etməyən bu alçaq arzular bu kədərin qüvvətini, ləyaqət və səmimiyyətini məhv edir.
İndi o zamankı təəssüratımı xatırlayırkən belə qərara gəlirəm ki, özümü unutduğum o yeganə dəqiqə həqiqi kədərim imiş. Dəfnindən əvvəl və sonra mən hey ağlayıb kədərlənsəm də, bu kədəri xatırlamaqdan utanıram, çünki hər hansı bir xudbin hiss - gah özümün hamıdan çox kədərləndiyimi göstərmək arzusu, gah özgələrinə göstərdiyim təsirin qeydinə qalmaq, gah da dəfndə iştirak edənlərin üzünü müşahidə etməyə vadar edən o maraq həmişə bu kədərə qarışırdı. Yalnız kədər hiss etmədiyim üçün mən özümə nifrət edir və bütün başqa duyğularımı gizlətməyə çalışırdım; buna görə də mənim kədərim qeyri-səmimi və qeyri-təbii bir kədər idi. Bundan əlavə, bədbəxt olduğumu bildiyim üçün mən zövq duyaraq özümün bədbəxt olduğumu dərk etməyə çalışırdım və bu xudbin hiss varlığımdakı həqiqi kədəri hər şeydən çox boğurdu.
Reklam
Əlvida, əziz dostum, yadında saxla ki, mən ölsəm də, məhəbbətim səni heç bir zaman və heç bir yerdə tərk etməyəcəkdir.
Qəribədir, görəsən, mən nə üçün kiçik olarkən böyüklərə oxşamağa çalışır, böyüdükdən sonra isə çox vaxt kiçik uşaqlara oxşamağa çalışırdım.
Mənə elə gəlir ki, üzün gözəlliyi deyilən şey təkcə bu təbəssümdə cəmləşmişdir: əgər təbəssüm üzün gözəlliyini artırırsa, bu üz qəşəngdir, əgər təbəssüm üzün ifadəsini dəyişmirsə, o, adi bir üzdür, əgər sifəti korlayırsa, o, pis üzdür.
Sayfa 25
Həm gülmək, həm də ağlamaq istədim: əsəblərim pozulmuşdu.
Sayfa 20 - Şərq-Qərb
Reklam
Yenə də xəyallar həqiqəti əvəz edir, xəyalları dərk etməyim yenə də xəyallarımı vurub dağıdırdı. Nəhayət, xəyalım yoruldu və məni daha aldatmadı; artıq həqiqəti də dərk etmirdim və özümü tamamilə unutmuşdum.
Gənclik itirilmiş harmoniyanın və gözəlliyin qaytarılması cəhdidir. Lakin bu uşaqlığa qayıtmaq demək deyil
Bir daha geri qayıtmayan xoşbəxt uşaqlıq çağları. Uşaqlıq xatirələrini necə sevməyəsən, necə əzizləməyəsən.
1,500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.