Utancaq Qız

Fyodor Dostoyevski

Utancaq Qız Quotes

You can find Utancaq Qız quotes, Utancaq Qız book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Mən elə bir bəndəyəm ki, pislik eləmək istəyəndə də pisliyim dönüb yaxşılıq olur."
Çox vaxt elə olur ki, sizə ülvi, müqəddəs, səcdəyə layiq görünən bir șey, nədənsə bir dəstə yoldaşınıza gülməli gəlir.
Reklam
Mən susurdum.Niyə susurdum?İstəyirdim ki, özü öyrənsin, mənsiz öyrənsin.Amma pis adamların söz söhbətindən yox, məni özü dərk etsin, başa düşsün..
Qəlbimdə cənnət vardı, mən onu sənin dörd tərəfinə çəpər çəkəcəkdim! Tutalım ki, sən məni sevmirdin, - nə eybi vardı, nə olardı? Hər şey o vəziyyətdə olardı, hər şey o vəziyyətdə qalırdı. Yalnız mənimlə bir dost kimi söhbət edərdin, elə bu kifayətdi, bir-birimizin gözünə baxa-baxa sevinərdik, deyib gülərdik. Beləcə yaşardıq. Əgər bir başqasını sevsəydin, eybi yoxdu, nə olsun! Sən onunla gəzərdin, gülərdin; mən də küçənin o biri səkisindən sənə tamaşa eləyərdim...
Sevən qadın isə, ah sevən qadın, sevdiyi adamın qüsurlarını da, hətta qatilliyini də göylərə qaldırır.
Mənim bədbəxtliyim orasındadır ki, hər şeyi başa düşürəm!
Reklam
Kitabın mənə ən çox təsir edən hissəsi..
Siz soruşa bilərsiniz: mən xilas olacağıma çoxmu əmin idim? Onda mən də sizdən soruşuram: canım qədər sevdiyim bir insan üstümə tapança çəkəndən sonra yaşamaq nəyimə gərəkdi?
Ancaq o vaxt qəlbimi ümidsizlik bürümüşdü: mən məhv olurdum, özüm məhv olurdum, belə olan halda mən kimi xilas edə bilərdim? Bir də siz nə bilirsiniz ki, mən o vaxt birisini xilas etmək istəyirdim? Nə bilirsiniz ki, mən Ronda nə hiss edə bilərdim?
Çox vaxt elə olur ki, sizə ülvi, müqəddəs, səcdəyə layiq görünən bir şey, nədənsə bir dəstə yoldaşınıza gülməli gəlir.
Mən belə danışmağın ustasıyam, ömrüm boyu öz-özümə danışmışam, özü də dinməzcə,özlüyümdə çox müsibətlər çəkmişəm.
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.