Tahmini Okuma Süresi:
5 sa. 54 dk.
Sayfa Sayısı:
208
Basım Tarihi:
1990
Yayınevi:
Bakı, Gənclik Nəşriyyatı
ISBN:
9785802000472
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar

Yazar Hakkında

Qəşəm İsabəyliYazar · 0 kitap
Qəşəm İsabəyli 1948-ci il avqustun 14-də Azərbaycanın Kürdəmir rayonundakı Xəlsə kəndinda ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini Xəlsə kəndində, onbirillik məktəbi qonşu Axtaçı kəndində bitirmişdir (1966). Üç aya yaxın Bakıda metro tikintisində, sonralar isə Xəlsədə işləmişdir. ADU-nun Geoloji-coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirmişdir (1967-1972). Kürdəmir rayonunun Axtaçı və Beyi kənd məktəblərində müəllim işləmişdir (1972-1975). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir olmuşdur (1975-1976). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında sənədli filmlər birliyində inzibatçi, sifariş filmləri redaktoru vəzifələrində çalışmışdır (1976-1982). "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat və folklor şöbəsində redaktor olmuşdur (1982-1984). "İşıq" nəşriyyatında sifariş ədəbiyyatı redaksiyasının müdiri (1984-1992) işləmişdir. Azərbaycan Respublika Mədəniyyət Nazirliyinin "Şur" nəşriyyatında direktor vəzifəsində çalışmışdır (1992-1998). Bədii-ensiklopedik "Cik-cik" uşaq qəzetinin təsisçisi, naşiri və baş redatorudur (1993-cü ildən). Həmçinin "Şirvannəşr" nəşriyyatının təsisçisi və naşiridir (1996-cı ildən). 1967-ci ildən dövri mətbuatda şeirləri ilə müntəzəm çıxış edir. Rus, Ukrayna, Litva və Latviya ədəbiyyatından tərcümələri vardır. Şeirləri rus, ukrayna, belarus və s. dillərə tərcümə olunmuşdur. 1980-cı ildə "Sovet Azərbaycanı maarifi — 60" mahnı müsabiqəsində mükafata layiq görülmüşdür. "Əkil-bəkil" (poema) kitabı "Ən yaxşı uşaq kitabı" I respublika müsabiqəsində ikinci mükafata layiq görülmüşdür (1989). Aldığı mükafatı şəhidlərin xatirəsinə ucaldılacaq abidə fonduna köçürmüşdür. "Cin" nağıl povesti Bakıda ingilis dilində (Vaqif Qəmbərovun tərcüməsində) kütləvi tirjla nəşr olunmuşdur.