Ve Dağlardan Səda Gəldi kitaplarını, Ve Dağlardan Səda Gəldi sözleri ve alıntılarını, Ve Dağlardan Səda Gəldi yazarlarını, Ve Dağlardan Səda Gəldi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Sizin indi bircə borcunuz var. Oxumaq, öyrənmək, savad almaq. Elə etməlisiniz ki, təkcə öz ata-ananız deyil, hamımızın ortaq anası olan vətən də sizinlə iftixar etsin. Vətənimizin gələcəyi mənim yox, sizin əlinizdədir.
Bu ki, dəlilikdir. Əsl axmaqlıqdır. Bu necə bir səfehlik, necə əsassız inancdır. Sənin idarə etmədiyin bir dünyanın itkisinə dözə bilməyəcəyin əzizlərini əlindən almayacağına inanmaq. Dünyanın səni məhv etməyəcəyinə inanmaq...
Həyatında nəyinsə əskik olması hissi artıq solub. O hiss hələ də var, bəzən yenə də onu gözlənilmədən yaxalaya bilir, amma, bu əvvəlki kimi tez-tez baş vermir.
Peşmanlıq hər zaman onu izləyəcək, ən gözlənilməz anlarda yaxalayacaqdı. Ömrünün sonuna qədər bununla mübarizə aparmalı olacaqdı. Bu hərəkət hər zaman fikrində qalacaq, beynində damcılayan kran kimi onu narahat edəcəkdi.