Ve Dağlardan Səda Gəldi

Khaled Hosseini

En Eski Ve Dağlardan Səda Gəldi Yorumları ve İncelemeleri

En Eski Ve Dağlardan Səda Gəldi sözleri ve alıntılarını, en eski Ve Dağlardan Səda Gəldi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

810 üzerinden
7,3bin Kişi · 1131 İnceleme
504 syf.
7/10 puan verdi
·
12 günde okudu
Kitabı oxumağa çox böyük önyargı ilə başladım. Çünki kitab haqqındaki geri dönüşlər yazarın ilk iki kitabı ilə müqayisədə çox ürəkaçan deyildi. Aylarla kitabı rəfdə saxlamışdım, nəhayət oxumağa başladım. Əslində kitab haqqında mənfi rəylərin nədən qaynaqlandığını anladım. Kitabda bir qədər çox obrazlar təsvir olunmuş, həyat hekayələri qələmə alınmışdı. Amma, tam əksinə olaraq, mənə kitabı maraqlı edən əsas səbəblərdən biri də bu oldu. Bir hekayədə yer alan hər obrazın həyatlarını, həyatlarının bir nöqtəsində onları bir araya gətirən hadisəni fərqli obrazların dilindən oxumaq olduqca maraqlı idi. Kitabın bəyənmədiyim tərəfi Qulam adlı obrazın həyat hekayəsinin gözləmədiyim yerdə kəsilməsi oldu. Kitabın sonlarında bu hekayənin sonu olacağına ümid eliyirdim, ancaq həmin sonu tapa bilmədim. Kitabın mövzusu haqqında danışmaq lazımdısa, qeyd edim ki, Abdulla və bacısı Pəri bir-birinə çox bağlıdır. Amma bir gün onlar ayrılır. Abdulla ömrü boyu bunun acısını yaşayır. Bacısı Pəri isə balaca olduğu üçün artıq bəzi şeyləri xatırlamır. Sadəcə bəzi şeylərin yoxluğunu qəlbinin dərinliklərində hiss edir. Digər tərəfdən həyatlarının bir yerində bu hadisənin içində olan, Süleyman Vəhdəti, Nila Vəhdəti, Nəbi, həkim Markos Varvaris, İqbal, Adil, Qulam kimi digər obrazların həyatları və bu faciə ilə əlaqələri təsvir olunmuşdur. Xoş oxumalar :)
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda Gəldi
Khaled Hosseini
Khaled Hosseini
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
7/10 puan verdi
Bu sənin 7'liyində deyildi amma sənin sayəndə pdfdən oxudum. Hər gecə başucuna gəlib gözlərini yumub, süpürürəm bir gündə bunu bitirəndən sonra gəlib süpürüb, əlimlə gicgahını oynadıb, pis yuxuları əlimlə çıxardıb, cibimdəki xəyali torbama qoyub ağzını bağladım, sonra əlimlə göydən yuxulardan birinə əlimi uzatdım çünki hansı ən gözəli idi seçə bilmirdim, çünki hamısı biz idik. Onu əlimlə o Şabalıd beyninə ötürüb, Yuxun Biz'lə dolsun dedim Bu kitabı sevirəm. Şahəsərimizdən sonra bunu deyərdim. Pərinuş Səni - Mənim Payım'dan daha çox sevdim açığı) Puanı niyə azdı anlamadım. Səni çox istəyirəm. Şəxsi görüşüm 10/8. İndi Art və Xaosa az puan verdiyimi düşündüm, Çünki onu daha çox bəyəndim bundan)) Ona puanımı burda dəyişib 10/8.6 edirəmmm. Nəyə dayanır bu puanım məndə bilmirəm)
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
Reklam
504 syf.
7/10 puan verdi
Xalid Hüseyni " Və dağlardan səda gəldi"
Xalid Hüseyni nəsillər və qitələr aşaraq Kabildə başlayıb, Paris, San Fransisko və yunan adası Tinosa qədər gedib çıxan bir hekayə ilə kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir. Müəllif əzizlərimizə qarşı rəftarımız, etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik, dərinlik, uzaqgörənlik və mərhəmətlə araşdırır.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Xalid Hüseyninin qələmindən oxuduğum ilk kitab "Və dağlardan səda gəldi" oldu. Kitab çox gözəl yazılmışdı və axıcı idi. Müəllif hadisələri və obrazları əla əlaqələndirmişdi. Pərvanə, bacı və qardaşı Məsumə və Nəbi, həyat yoldaşı Sabur, Saburun övladlarının sonrakı taleyi... Yunan əsilli Markos, Talia və onların bu ailə ilə əlaqəsi... Daha neçə-neçə obraz və həyat hekayələri... Dediyim kimi, əlaqələndirmə sizi heyran edir... Hadisələr Əfqanıstandan Fransaya, ABŞ-dan Yunanıstana uzanır... . Hər kitabı oxumamışdan qabaq onun haqqında başqa oxucuların fikirlərini öyrənirəm. "Və dağlardan səda gəldi" haqqında rəyləri oxuyanda belə bir fikirlə qarşılaşdım:"Obrazların sayı çoxdur və hadisələr arasında əlaqə zəifdir, həm də hər fəsil başqa şəxsin dilindən danışılır deyə qarışıqlıq yaranır". Hər kəsin öz düşüncəsi var, amma mən bu fikirlərlə razı deyiləm. Əvvəla, bir əsərdə obraz sayının çoxluğu heç də pis deyil(əgər müəllif işləyə bilirsə). Hər fəslin başqa obraz tərəfindən danışılması isə kitaba ayrı hava qatır. . Kitabı sizə tövsiyə edirəm. Bəs siz müəllifin bu və ya digər kitabını oxumusunuz? Xoş mütaliələr :)
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
·
Puan vermedi
Yazıçının digər iki kitabından sonra çox böyük maraq və həvəslə oxumuşdum. Gözəl kitabdır, oxumaği məsləhət görürəm, ancaq səbirli olanlara. Çünki həddindən artiq insan təsviri çox geniş bir şəkildə şərh olunub. Az qala qəhrəmanları bir neçə dəfə unudursan. Neçə dəfə bu insanın kim olduğu kimin qohumu, tanışı olduğunu xatirlamağa çalışmışam. Amma sonluq çox təsirlidi. İllərlə bacısını axtaran qardaşın, onu tapdıqda xəstəlik üzündən tanımaması məni çox təsirləndirdi və kövrəltdi. Əsərdəki digər hər bir qəhrəmanin həyati da çox maraqli təsvir olunub. Bir kitabda bir neçə əsər oxumuş kimi hiss verir insana. Sonunu öyrənmək üçün tələsərək oxuğum bir kitabdir.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.