Ve Dağlardan Səda Gəldi

Khaled Hosseini

En Yeni Ve Dağlardan Səda Gəldi Yorumları ve İncelemeleri

En Yeni Ve Dağlardan Səda Gəldi sözleri ve alıntılarını, en yeni Ve Dağlardan Səda Gəldi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

810 üzerinden
7,3bin Kişi · 1131 İnceleme
504 syf.
7/10 puan verdi
·
18 günde okudu
Xalid Hüseyni-Və dağlardan səda gəldi
Əsər Əfqanıstanda yaşayan Pəri və Abdulla adlı bacı-qardaşın yaşadıqlarından bəhs edir. Ümumi olaraq, əsərlə bağlı o deyilməlidir ki, Xalid Hüseyninin bütün əsərləri arasında yazıçı keyfiyyətini göstərə bildiyi ən güclü süjet xəttinə sahib əsərdir. Bədii təsvir vasitələrinin istifadəsi, obrazların dinamikası, hadisələr və hekayələr arası əlaqələr bunu deməyə imkan verir. Amma bu dəfə əsər təhlili və ya obraz analizi aparmıram. Buna səbəb də oxuduqca gördüyüm yazıçının bütün kitablarında apardığı ABŞ propaqandası ideyalarının bu əsərdə pik həddə çatmasıdır. Bu mövzunu tənqid etməli olan şəxs isə mən deyiləm.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
500 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Kitabı bitirməyə son 80 səhifə qalıb.Amma kitab haqqında fikirlərimi yazım.420 səhifə oxusam da sanki 10səhifə oxumuşam kimi hiss edirəm..Kitab çox sürətlə irəliləyir. Kitab bir birinə ən saf və təmiz məhəbbətlə bağlı olan iki körpənin ayrılığı ilə başlayır.Roman olduğundan kitabda bu körpələrin həyatının hansısa bir hissəsinə bağlı olan insanların həyatıda var.Çox maraqlı və axıcıdır.Kitab bitsin fikirlərimi genişləndirəcəm. Kitabı bitirdim.Çoooox maraqlı oldu mənim üçün. Çox balaca olanda ayrılan uşaqlar(qızı varlı bir ailəyə satırlar) demək olar ki, altmış il görüşmürlər.2010cu ildə görüşəndə isə Abdulla bacısını xatırlamır.Onun yalnız Pərinin (qızına bacısının adını verib) dostu olduğunu düşünür.Heç qızına niyə belə bir ad verdiyini xatırlamır. Bir müddət sonra isə bacısı Pəri yuxusunda qardaşı ilə xoşbəxt yaşadıqları anları görür Oxuduğum ən təsirli kitablardan oldu..Hər kəsə məsləhət görürəm.Kitab uzun olsada tez bitir.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda Gəldi
Khaled Hosseini
Khaled Hosseini
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
Reklam
504 syf.
8/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Xalid Hüseyni qələmi mənə hələ orta məktəb vaxtlarından tanışdır. "Çərpələng uçuran", "Min möhtəşəm günəş"dən sonra həftələrlə özümə gələ bilməmişdim. Bu əsər haqqında isə eyni sözləri deyə bilməyəcəm. Təkcə bir ailənin yox, bir-birilə əlaqəli ailələrin taleyini,çətinliklərini, seçimlərini qələmə alır. Əksər hallarda obrazlar başına gələn hekayələri elə özləri danışır - Bu səmimi, doğru-dürüst danışıqlar,etiraflar o qədər sevimli təsir bağışlayır ki...Xalid Hüseyni obrazları bütün mənfi-müsbət cəhətləri ilə, səhvləri, peşmançılıqları, sevincləri ilə canlandırır. Kitabın yarısına çatanda sonluğu bir neçə cür təsəvvür edirdim. Daha təsirli ola bilərdi.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
10/10 puan verdi
·
Beğendi
Xalid Hüseyninin ən sevdiyim ikinci əsəri. Ömrüm boyunca oxuduğum kitablar içərisində ən unudulmazları, ən dəyərliləri. Əslində əsərlərinin sonunda həmişə pis oluram. Amma bu mənə təkcə mənfi aura yox həm də, çox şey öyrədir. Abdulla və Pərinin ayrılmaqları məni çox kədərləndirmişdi. Məsələn: hər şeyin fərqli bir şəkildə ola biləcəyini düşünüb daha həyatı dolu-dolu yaşamaqlarını istəyərdim.. Amma sonraki həyatlarında nə qədər çətin olsada ordan öyrəndikləri çox şeylər oldu. Əsərdə məni kədərləndirən ikinci nüans Abdulla qızının adını Pəri qoyması idi. Aradan illər keçməsinə baxmayaraq o bacısını unutmamışdı onu hər zaman qəlbində gəzdiməyi bacarmışdı..Əsərin sonunda onların görüşməlıri xüsusi maraq qatmışdı. Hər kəsə tövsiyyə edə biləcəyim bir əsərdir. Xoş mütaliələr <3
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda Gəldi
Khaled Hosseini
Khaled Hosseini
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
7/10 puan verdi
Xalid Hüseyninin oxuduğum ikinci əsəridir. Əsərin sonunda Abdullanın Pərini xatırlamasını gözlədim, amma gözləmədiyim sonluqla bitdi. Bu əsər də mükəmməl üslubla yazılmış bir əsərdir, lakin "Min möhtəşəm günəş"in mənə təsir etdiyi qədər təsir etmədi. Yenə də oxunması gərəkən əsərlərdən biridir.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.