Ve Dağlardan Səda Gəldi

Khaled Hosseini

Ve Dağlardan Səda Gəldi Yorumları ve İncelemeleri

Ve Dağlardan Səda Gəldi yorumları ve incelemelerini, Ve Dağlardan Səda Gəldi kitabı hakkındaki okur görüşlerini , Ve Dağlardan Səda Gəldi puanlarını 1000Kitap'ta bulabilirsiniz.
504 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbağ kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındadırlar. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğruna hətta qurban getməyə də hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməli olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar. Bir gün bacı-qardaş ataları ilə birgə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir "Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur". Bu cümlə mənə çox təsir etmişdi. İnsan ailəsini qurtarmaq üçün övladlarının birindən keçə bilər? Sırf uşağınızın təhsili olsun, yeməyə çörəyi olsun deyə başqasına vermək olar? Bu hadisə ilə çox qarşılaşmışıq. Çox vaxt övladlığa verilən ailə doğma ailədən də yaxşı olur. Bəs sizcə, bunu bağışlamaq mümkündü? Bir bacı ilə qardaşı ayırmağın hesabını kim verə bilər? Və ya itirdikləri o zamanı kim geri qaytara bilər?
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
8/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Xalid Hüseyni qələmi mənə hələ orta məktəb vaxtlarından tanışdır. "Çərpələng uçuran", "Min möhtəşəm günəş"dən sonra həftələrlə özümə gələ bilməmişdim. Bu əsər haqqında isə eyni sözləri deyə bilməyəcəm. Təkcə bir ailənin yox, bir-birilə əlaqəli ailələrin taleyini,çətinliklərini, seçimlərini qələmə alır. Əksər hallarda obrazlar başına gələn hekayələri elə özləri danışır - Bu səmimi, doğru-dürüst danışıqlar,etiraflar o qədər sevimli təsir bağışlayır ki...Xalid Hüseyni obrazları bütün mənfi-müsbət cəhətləri ilə, səhvləri, peşmançılıqları, sevincləri ilə canlandırır. Kitabın yarısına çatanda sonluğu bir neçə cür təsəvvür edirdim. Daha təsirli ola bilərdi.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
Reklam
504 syf.
7/10 puan verdi
·
18 günde okudu
Xalid Hüseyni-Və dağlardan səda gəldi
Əsər Əfqanıstanda yaşayan Pəri və Abdulla adlı bacı-qardaşın yaşadıqlarından bəhs edir. Ümumi olaraq, əsərlə bağlı o deyilməlidir ki, Xalid Hüseyninin bütün əsərləri arasında yazıçı keyfiyyətini göstərə bildiyi ən güclü süjet xəttinə sahib əsərdir. Bədii təsvir vasitələrinin istifadəsi, obrazların dinamikası, hadisələr və hekayələr arası əlaqələr bunu deməyə imkan verir. Amma bu dəfə əsər təhlili və ya obraz analizi aparmıram. Buna səbəb də oxuduqca gördüyüm yazıçının bütün kitablarında apardığı ABŞ propaqandası ideyalarının bu əsərdə pik həddə çatmasıdır. Bu mövzunu tənqid etməli olan şəxs isə mən deyiləm.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
10/10 puan verdi
·
Beğendi
Xalid Hüseyninin ən sevdiyim ikinci əsəri. Ömrüm boyunca oxuduğum kitablar içərisində ən unudulmazları, ən dəyərliləri. Əslində əsərlərinin sonunda həmişə pis oluram. Amma bu mənə təkcə mənfi aura yox həm də, çox şey öyrədir. Abdulla və Pərinin ayrılmaqları məni çox kədərləndirmişdi. Məsələn: hər şeyin fərqli bir şəkildə ola biləcəyini düşünüb daha həyatı dolu-dolu yaşamaqlarını istəyərdim.. Amma sonraki həyatlarında nə qədər çətin olsada ordan öyrəndikləri çox şeylər oldu. Əsərdə məni kədərləndirən ikinci nüans Abdulla qızının adını Pəri qoyması idi. Aradan illər keçməsinə baxmayaraq o bacısını unutmamışdı onu hər zaman qəlbində gəzdiməyi bacarmışdı..Əsərin sonunda onların görüşməlıri xüsusi maraq qatmışdı. Hər kəsə tövsiyyə edə biləcəyim bir əsərdir. Xoş mütaliələr <3
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda Gəldi
Khaled Hosseini
Khaled Hosseini
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
10/10 puan verdi
·
Beğendi
Və dağlardan səda gəldi
Möhtəşəm bir əsərdir. Xalid Hüseyni mənim ən sevdiyim yazıçılardandır. Kitabda duyğular o qədər gözəl izah edilmişdi ki. Kitabı oxuyanda min cür əhval-ruhiyyəyə girdim. Kitab Yalnızlığı, sevgini, ailənin nə demək olduğunu, dostluğu, hər şeyi öyrədir oxuyanlara. Və kitab bir obrazın baxış açısı ilə yazılmayıb. Hər bir obrazın ruhunun dərinliklərinə gedir Xalid Hüseyni. Kitabın bir çox yerində duyğulandım, xüsusilə sonunda. Kitabda Əfqanistanın ağır dövrlərini və Talibanı da danışılır. Hər bir kəsə oxumağı məsləhət görürəm. Bu kitabı oxuduqdan sonra həyata baxış açım dəyişdi.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
7/10 puan verdi
Xalid Hüseyni " Və dağlardan səda gəldi"
Xalid Hüseyni nəsillər və qitələr aşaraq Kabildə başlayıb, Paris, San Fransisko və yunan adası Tinosa qədər gedib çıxan bir hekayə ilə kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir. Müəllif əzizlərimizə qarşı rəftarımız, etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik, dərinlik, uzaqgörənlik və mərhəmətlə araşdırır.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.