Qadınlar hiyləgər və qeyri-adidirlər. Madeyrada olan, ekspert-analitik Dronqo buna əmin oldu. Elə alındı ki, onun qaldığı otelin sakinlərinin əksəriyyəti qadınlar idi. Özüdə necə qadınlar! Onların hamısı feministlərin konfransına gəlmişdilər... Konfransın bağlanma gecəsi baronessa Hilberq öz nömrəsində vəfat etmişdi. Qoca qadının ölümü heç bir şübhə doğurmazdı, əgər həmin gecə, baronessanın, məhşur usta tərəfindən hazırlanmış kuklası itməsəydi. Oyuncağın qiyməti 5 milyon dollar idi... Adanın üzərində fırtına qopur, bütün aviareyslər təxirə salınır. Dronqo işi araşdırmağa çalışır, lakin gözəl qadınların əhatəsi onu işdən yayındırır. onun otağında gecə 2 gözəl və sərbəst qadın peyda olanda, o gec də olsa anlayır ki, bütün bu vaxtı onun üzərində iş aparırdılar...